adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Fransız xalqı kef eləmir... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
754 | 2022-11-21 12:23

Usta Tahir deyir ki, Makron savadsız adamdır

 

...Bu Usta Tahir ki, var, vallah, çox siyasətçilərdən və alimlərdən dünyagörüşlü, elmli, savadlı bir adamdı. Belə baxanda o, fəhlədi ha! Amma fəhlə olmasına baxmayaraq, hər gün kitab oxuyur, qəzetləri gözdən keçirir və hətta saytları, sosial şəbəkələri izləyir. Tarixi çox gözəl bilir, xüsusən də Qarabağ tarixini bəzi alimlərdən, elmlər doktorundan daha yaxşı öyrənib. Hətta bugünün özündə də tariximizlə bağlı yeni məlumatları və faktları hardansa tapıb oxuyur. Deyir ki, «Qarabağnamə»nin hamısını oxumuşam və Qarabağın tarixini beş barmağım kimi öyrənmişəm...

...İki gün bundan əvvəl bir çayxanada Usta Tahirlə yenidən görüşdük. Dedi ki, mirzə, sənə bir söz demək istəyirəm, yaza bilərsən? Bilirəm, qorxan adam deyilsən, əgər qorxsaydın, «Makron qudurub» məqaləsini yazmazdın. Səni mən ürəkli bir jurnalist kimi tanıyıram. Əgər qorxursansa, yazma! Bilirəm, heç nədən çəkinmirsən. Sənin üçün haqq, ədalət, düzlük ən böyük var-dövlətdən üstündür!...

...Az-çox Fransanın da tarixini bilirəm. Amma bu Makron çox savadsız adamdı. Yəni öz tarixini, mədəniyyətini bilmir, ya da bilir, qulaqardına vurur! Amma mənim fikrimcə o, çox şeyi bilmir, bir şeyi bilir; ermənilərin quşunu götürmək və onların çaldığı havaya oynamaq! Makrondan soruşmaq lazımdır ki, ay prezident, sən Şarl de Qollu tanıyırsan? Bilmirəm, o nə cavab verər. Amma bildiyim odur ki, bu adam heç Şarl de Qollu da yaxşı tanımır. Çünki Şarl de Qoll SSRİ vaxtında Moskvaya gələndə Brejnevdən birinci onun həyatını xilas edən silahdaşı olan azərbaycanlı və Şəkidə doğulan Əhmədiyyə Cəbrayılovu soruşub. Brejnev də göstəriş verib Əhmədiyyə Cəbrayılovu bir neçə saatın içində tapıblar və onunla görüşdürüblər. Şarl de Qoll deyib ki, dünyada dostluğa, çörəyə və yoldaşlığa ən sədaqətli millətlərdən biri azərbaycanlılardır. Əgər Əhmədiyyə Cəbrayılov olmasaydı, mən bu gün həyatda yox idim. Fransanın ali mükafatını Şarl de Qoll Əhmədiyyə Cəbrayılova verib, üstəlik də onu Fransaya dəvət edib. Bax, belə bir kişi Fransa prezidenti olub, o da azərbaycanlılara və onun həyatını xilas etmiş Əhmədiyyə Cəbrayılova çox böyük məhəbbət bəsləyib.

Usta Tahirin ikinci sualı bundan ibarət oldu ki, bax, o Fransa prezidenti Moskvaya gələndə bir erməni marşalı ilə, erməni siyasi xadimi ilə görüşdümü?! Çünki o, erməniləri xəyanətkar, çörəyi dizinin üstündə olan və pambıqla baş kəsən millət kimi tanıyır. Aleksandr Düma da Qarabağa gələndə heç bir erməni ilə görüşməyib, Xan qızı Natəvanla görüşüb, onun qonağı olub, süfrəsinin ətrafında əyləşib və Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və incəsənətinə böyük sevgi ilə yanaşıb.

Bunu da Usta Tahir deyir ha! Deyir ki, əgər ermənilər o vaxt Qarabağda olsaydı, şübhəsiz, Aleksandr Düma onlarla da görüşərdi. Amma bu adamın ermənilərdən zəhləsi gedib. Deyib ki, bu millət xəyanətkar, ikiüzlü və şərəfsiz bir millətdir. Onlarla dostluq eləmək adama şərəf yox, xəcalət gətirər!

Usta Tahir bildirir ki, mirzə, bax, buna görə deyirəm ki, Makron savadsız adamdır, ay bədbəxt oğlu bədbəxt, heç olmasa, bizim dediyimizə yox, öz xalqının böyük şəxsiyyətlərinə və yazıçılarına inan! Bir də ayılacaqsan ki, ermənilər sənin başını yeyib, Fransız xalqı da cəhənnəm əzabı yaşayır. Heç indi də fransız xalqı kef eləmir ha! Çünki ölkənin problemi qalıb qıraqda, Makron düşüb ermənilərin dalına! Gözü ermənilərin dalındadı. Ayağının altına da baxmır! Bir də görəcəksən ki, düşdü ermənilərin qazdığı quyuya, fransız xalqı da ayıldı və onu bu postdan qovdular!...

 

TƏQVİM / ARXİV