Hakan Fidandan İsrailə ÇAĞIRIŞ

1737 | 2025-04-13 18:13

“Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir”.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin Suriya ilə bağlı prioriteti sabitlikdir: “İsrail Suriyada təxribatlardan çəkinməlidir”.

Nazir, həmçinin İsrailin uzun müddətdir Suriyada sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb.

TƏQVİM / ARXİV