Birinci foto Kilicdaroglunun prezident seçkilərində iştirak etmək üçün bağlı olduğu dializ aparatı ilə birlikdə gələnlərdir, İkinci foto isə Əkrəm imamoglu üçün küçələrə çıxan xəstədir , o da aparatıni da götürüb çıxıb küçəyə!
Adam, istəyirsiniz qəbirdəkilərinizi də yunanoglu Əkrəm üçün qəbirdən çıxarın, xeyri yoxdu, Ərdoğan qalib gələcək!
Çünki siz qarın davası döydüyünüz vaxt Ərdoğan dünya liderlərini Türkiyəyə hörmətlə yanaşmaq üçün mübarizə aparırdı!
2012- çi ilə qədər dünyaya kənd təsərrüfatı məhsulları ( kofe, çay, pomidor, zeytun və s.) satan Türkiyə indi dünyaya təkrarı olmayan raketlər və PUA lar satır! Ukraynada Bayraktarin zavodunu qurub.
Şərqdə reketlik edən Putin- Əsəd cütlüyünün axırına çıxıb. Qafqazda hökmranlıq edən erməni - rus birliyini çökürdüb. ABŞ in Yunanıstanda yerləşdirdiyi 9 hərbi bazanın yunanları arxayın salmamasını deyib: "ansızın, gələriz"
Dünya əkrəmi tanımır, dünya ABŞ , Fransa, Almaniyaya əmr qulu olan CHP - in ermənipərəst, yunanpərəst millətvəkillərini də tanımır! Dünya, Ərdoganı Bakıdan birbaşa üzünü İrana tutub onlara " qorxun" mesajını "Arazı ayırdılar" misraları ilə verəndə , ondan əvvəlki illərdə "Öne minute" ilə tanımışdı.
"Bakını bir gecədə 4000 raketlə yerlə yeksan edərik "deyən İran hərbi naziri Məhəmməd Bagirinin cəsarətinin qarşısinda Ərdoğan zəhmi dayandığını bilirdinizmi?
Bəs Vətən müharibəsi dövründə sərhəddimizi yararaq ərazimizə keçən, bizə qarşı döyüşməyi planlayan İran ordusuna geri çəkil əmrini kim verdi? bilirsinizmi?
İranın bir əyaləti boyda olan Azərbaycanmi?
Şuşa bəyannaməsinin imzalayaraq Qarabağı qarantiya alan kim idi? Rusiyanın, İranın köpək kimi qıcanmış dişlərinin arasından bizi kim aldı?
Sülhməramlılar unutmamisiniz yəqin 5 illiyinə gəlmişdi, kimin siyasəti ilə, dəstəyi ilə Azərbaycani tərk etdi?
Bəs Qarabağda səfirlik açmaq istəyən Rusiyanı kim yerində oturtdu?
Sizcə, ərazisini 17 ildir Rusiyadan ala bilməyən Gürcüstanın Ərdogan kimi bir qardaşı, Türkiyə kimi bir himayədarı olsaydı sizin kimi nankor olardilarmi, Əkrəm sevərlər???
Qarabağı igidlərimiz cəbhədə döyüşərək, şəhid olaraq aldılar , bəli! Amma yəni bu qədər anlamazsınız ki, bütün dünyanın birlik olub arxasında durduğu Ermənistanı o cümlədən bütün dünyanı məğlub etmək Əliyevlə bərabər Ərdoğanın siyasi cəbhədə göstərdiyi cəngavərlik xilas etdi? Yəni bunu anlamayacaq qədər savadsizsiniz?
Türkiyə bizdən ayrılmış qardaşımızdir bəli!
176 azərbaycanlı 1945- çi ildə ona qardaş deyib sığındi. Amma Qarabağ ermənisi olan ismet inönü onları geri qaytarıb Boraltan körpüsündə Stalinə güllələtdi.
Abdulla Gül Qarabağ yaramızın qan verən zamanı İrəvana "qardaş Sərkisyan" deyərək səfərə getdi. Xocalı qatili Serj Sərkisyanla futbola baxdılar.
Süleyman Dəmirəl Elçibəyin yalvarıslarina rəğmən 2 vertolyot vermədi ki, işğala, əsirliyə, atəşə məruz qalan qarabağlılar cəbhə xəttindən çıxarılsın!
hələ seçki zamanı (2023-cu il)
Kılıçdaroğlunun göstərdiyi o xəritə: Azərbaycansız Böyük İpək yolu... şükür prezident olmadı , şükür..
İndi var olsun Ərdoğan! qardaşligimizi dirçəldir, nəfəs verir, himayə edir bizi!
Bu gün güllə, bombardman səsi esitmiriksə, balalarımız şəhid olmursa , burda Ərdoğanın zəhməti danılmazdır!
Siz bilirsiniz ki, ABŞ in Almaniyadakı hərbi bazası Laçının 20 km-nə köçürülüb?
Siz bilirsiniz ki, Fransanın Yunanıstanın və ABŞ in xüsusi təyinatlıları Ermənistan ordusuna düz bir ildir təlim keçir?
Siz bilirsiniz , Hindistanın, Rusiyanın, Fransanın ABŞ in ən müasir silahları, məsələn 200 km-lik məsafəni məhv edə bilən hiper səs raketləri sərhəddimizə yığılıb?
Siz bilirsiniz İran Türkiyə olmasa Azərbaycani şumlayar? ...
Anlayın tək əldən səs çıxmaz! Ay nankorlar, ay Ərdoğana " güllə" atanlar!
Ərdoğan yenə Türkiyənin başında olacaq! Buna əminəm!
Yazarın digər yazarlar
jpg-1741695221.jpg)
Qazilərə “Özünüzü adam kimi aparın" deyən şair Eminqueyə Əntiqə Rəşiddən cavab
jpg-1740669912.jpg)
500 illik sikkələrin satışı tariximizə xəyanət deyil ki? - Əntiqə Rəşid yazır
jpg-1729080582.jpg)
Mübarizə görə tanıdıq, təmkininə, vətənpərvərliyinə, müdrikliyinə görə sevdik - Əntiqə Rəşid yazır
jpg-1727180949.jpg)