adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Hücumlar İranın öz ərazilərindən edilib - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
642 | 2023-01-31 12:10

 

 

Ərəb, Qərb və İsrailin kütləvi informasiya vasitələri, İranda baş verən partlayışlarla bağlı müxtəlif versiyalar irəli sürürlər. Onların əksəriyyəti bu fikrə gəlirlər ki, bu partlayışların arxasında İsrail dayanır. Reuters agentliyinin mənbələrinə əsasən, hərbi obyektlərə hücumlar elə İranın öz ərazilərindən edilib.

 

İran dövlət agentlikləri bildirirlər ki, hücumlar nəticəsində dağıntılar çox az miqdarda zərər vurub, bu hücumlar nəticəsində xəsarət alanlar olmayıb. Guya bir pilotsuz aparat vurulub, digər ikisi isə havada partlayıb və onların partlayış dalğası zavodun yalnız damını zədələyib. Lakin, The Jerusalem Post qəzeti yazır ki, partlayış nəticəsində dəyən zərər deyilən, "damın kiçik bir hissəsi dağılıb" versiyasından daha çoxdur.

 

Bir sıra Telegram-kanallarında hətta İran zavodlarında baş verən partlayışlar yeraltı infrastrukturlardan başlayıb və bu da güclü zəlzələyə səbəb olub. MDU-nun kafedra müdiri Maksim Delinad "Lünta.ru"-ya müsahibəsində yeraltı təkanlarln partlayışla əlaqəsi olmasına inanmadığını bildirib.

 

Sadəcə olaraq bu hücumların məqsədinə aydınlıq gətirə bilmirlər. ABŞ -da yerləşən İran Watch araşdırma qrupunun məlumatlarına görə, İsfahanda Shahed Aviation İndustries müəssisəsinin, Pilotsuz uçan Shahed aparatıarı istehsal etdiyi üçün, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya tərəfindən sanksitalara məruz qalıb. Bununla bağlı ora hücum edilə bilər.

 

Lakin, İsrail kəşviyyatı ilə işləyən İntelli Timesin analitikləri bunun əksini təsdiq edərək bildirirlər ki, hücumların məqsədi İranın kosmik təhqiqatlar aparan labaratoriyalrını məhv etmək olub. Bundan başqa, bu zavodda pilotsuz uçuş aparatlarının istehsalı ilə yanaşı, İranın nüvə proqramı ilə bağlı - sentrifut əldə etmək üçün də da işlər aparılırmış. Bu isə daha çox İsraili narahat edirdi. Yəni buna görə zavoda hücum olunub.

 

Al Arabiya telekanalı, sifarişçilərin Vaşinqtondan olduğunu iddia edərək, bildirir ki, guya amerikan hakimiyyəti ballistik raketlərin istehsalına mane olmaq üçün belə bir addımın atılmasına göstəriş verib. WSJ-nin mənbələri isə qeyd edir ki, hücum ABŞ və İsrailin məmurlarırı arasında aparılan danışıqların fonunda baş verib. Çünki, İran Ukrayna ilə müharibə aparan Rusiyaya çoxlu sayda pilotsuz uçuş aparatları göndərir.

 

İran təhlükəsini müzakirə etmək üçün ABŞ -ın dövlət katibi Entoni Blinken dünən İsrailə gəlib. Bundan bir həftə əvbəl isə, ABŞ -ın mərkəzi kəşviyyat idarəsinin direktoru Uilyams Berns, İsrailin "Mossad" kəşviyyat idarəsinin rəhbəri David Barnea ilə görüşmək üçün İsraildə olub.

 

Yəni, İranda baş vetən partlayışlarla bağlı o qədər qarışıq versiyalar irəli sürülür ki, axırda deyəsən İranın prezidenti bezidiyindən, çıxıb bəyan edəcək ki, "əşi əl çəkin, zavodu məzə üçün özümüz partlatmışıq".

 

"lenta.ru"nun mayerialları əsasında:

 

Rüstəm Hacıyev

TƏQVİM / ARXİV