NATO Asiyada da mübaqişə yaranacağını düşünür - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1126 | 2023-02-09 16:34

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Çinin günahı ucbatından Asiyada da münaqişə yarana bilər.

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi mətbuat konfransında Stoltenberq, Asiyada da Ukrayna variantında münaqişə yarana biləcəyini bildirib. "Bu gün Avropada baş verənlər, sabah Asiyada da təkrarlana bilər"-deyə alyansın rəhbəri bildirib. "Çin Ukrayna böhranını izləyir və gələcəkdə bundan nəticə çıxarmağa çalışır"- deyə Stoltenberq əlavə edib.

Stoltenberq qeyd edib ki, NATO üzvləri, ABŞ -da keçirilən görüşdə Asiyadakı vəziyyətdən "real narahatlıq" keçirirduklərini bildiriblər. Baş katib vurğulayıb ki, Çin nüvə silahları da daxil olmaqla, hərbi gücünü artırmaqdadır.

"Çin Cənubi-Çin dənizində nəzarətini gücləndirməyə çalışır və Tayvanı təhdid edir, kritik infrastrukturlara, o cümlədən NATO dövlətlərində də nəzarəti əlinə almaqla, öz ölkəsində əhalini sıxışdırır, insan hüquqlarını pozur və Moskvayla əlaqələrini genişləndirir"- deyə Stoltenberq çıxışını tamamlayıb.

Çinin öz maraqlarını qorumaq üçün atdığı addımlardan narahat olan NATO-nun baş katibi, həmçinində ABŞ, dünyanın bütün qaynaq nöqtələrində, əsasən də hazlrda ən qaynar nöqtə sayılan Rusiya - Ukrayna müharibəsində "baş rolda" olduğunu dilə gətirmək istəmir. Stoltenverqi dindirəndə də bəyan edir ki, "Ukraynaya göstərilən hərbi dəstək, sülh yaradılmasına şərait yaradacaq". ???

Rusiya-Ukrayna müharibəsinin başlmasından bir ilə yaxın vaxt keçir, hələ Türkiyə istisna olaraq, ABŞ və NATO-ya üzv dövlətlərin heç birinin müharibənin dayandırılması üçün hansısa addımlar atdığının şahidi olunmayıb. Əksinə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dəfələrlə tərəfləri danışıqlar masasına oturtmaq təşəbbüslərinin qarşısını alıblar. "Sona qədər Ukraynaya istədikləri qədər silah-sursat göndərəcəyik"- deyə bildirən, ilin yekunları ilə bağlı Konqressə hesabat verən ABŞ prezidenti Co Baydenin, Ukrayna ilə Rusiya arasında sülhə neçə nail ola biləcəyi başa düşülmür.

 

 

TƏQVİM / ARXİV