adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Rəqs edən barmaqlar - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
913 | 2021-12-24 13:26

Köhnə adətimdi. Musiqi barəsində düşünəndə dərhal gözlərimin önünə barmaqlar, qulaqlarımaisə lap uzaqdan ruhumu oxşayan həzin bir səs gəlir. Və mən də həmin o barmaqlarla o səsinişığında barəsində düşündüyüm musiqiyə tərəf getməyə başlayıram. Bilmirəm bu yolunuzunluğu nə qədər olub. O vaxta qədər gedirəm ki, artıq musiqinin olduğu məkanın qapısını açıbiçəri daxil oluram. Bax, həmin o içəri daxil olanda da musiqi mənim içimə hopur. Biz birlikdə, yəni bir-birimizin içində yaşayırıq. Bu yaşamaq da ya ani olur, ya da həmişəlik. 

 

O vaxt ani olur ki, istədiyimi, arzuladığımı, axtardığımı tapa bilmirəm. Necə deyərlər, gözüyumulu, qaranlıq otaqda tapmaq istədiyimin əvəzinə əlim ya divara dəyir, ya da boşluğa...

 

O vaxt əbədi olur ki, axtardığımı tapıram. Özdə uşaq axtardığını, istədiyini tapanda sevindiyikimi mən də sevinirəm. Və bilirəm ki, ruhuma hopan elə mənim ruhumun bir hissəsi kimiömürlük yol-yoldaşım olacaqdı...

 

Dünən, yəni dekabrın 23-də Bakıda hava qarışmışdı. Qış öz ilk ismarıcını vermişdi şəhərə. Havahəqiqətən şaxtalı... Sulu qar və bir də Bakının qışa hazır olmayan küçələri...

 

Evdən çətirsiz çıxmışdım. Ona görə də üz-gözümə əl gəzdirən sulu qarın, yağışın və bir dəküçələrə şütüyən maşınların ətrafa dağıtdığı su damcılarının fərqinə varmadan paytaxtın ənmöhtəşəm ünvanlarından birinə, zaman-zaman musiqimizin nəhənglərini qoynuna almış, ifalarını yaddaşına köçürmüş filarmoniyaya gedirəm. Sonuncu dəfə burada 5 il öncə olmuşdum. Sonra baş verən hadisələr, xüsusilə pandemiya, yəni COVİD-19 kefimizə soğan doğradı. Və birçox ünvanlar kimi filarmoniyanın da yolunu  müvəqqəti unutdum. Bu gün isə ağsaqqal dostum, özümün, ailəmin əzizi olan Aslan müəllimin dəvəti ilə bu məbədə gedirəm. Öncədən bilirəm ki, burada musiqi dolu anlar yaşayacam. Bunu bilməyim də sirr deyil. Çünki bu axşamfilarmoniyanın möhtəşəm səhnəsində, barəsində dəfələrlə yazdığım Azərbaycanın gəncistedadlarından biri, beynəlxalq və respublika müsabiqələrinin laureatı, dünyanın ən böyük vənüfuzlu musiqi yarışmalarının  iştirakçısı, eləcə də ən nüfuzlu salonlarda Azərbaycan və dünya musiqilərini səsləndirən Nərmin Nəcəfli çıxış edəcək. O, Qara Qarayev adına Azərbaycan Dövlət Komera Orkestrin həm müşayiəti ilə, həm də solist kimi tamaşaçılar qarşısında özistedadını nümayiş etdirəcəkdi. 

 

Bütün bunlardan xəbərdar olduğuma görə yol boyu o ifanın necə alınacağını təsəvvür etməyə, xəyalımda canlandırmağa çalışıram. Amma deyəsən xəyala qapılmağa ehtiyac qalmadı. Onagörə ki, iki saata yaxın davam edən bu konsertdə ifalar və alqışlar bir-birini tamamladı. Doğrudur, zalda böyük anşlaq olmasa da, amma tamaşaçılar, musiqini duyanlar, musiqiniyaşayanlar idi. Onların arasında olmaq mənə də və təvazökarlıqdan uzaq olsa da, musiqimüəlliməsi olan qızım Nilufərin də olması şəxsən bizim üçün qürurverici idi...

Dünyanın bir çox tanınmış nəhəng bəstəkarlarının əsərləri orkestr tərəfindən ifa olunduqca mənəelə gəlirdi ki, musiqilərlə birlikdə salondakı ovqat da, münasibətlər də dəyişirdi. Çünki həminfərqli bəstəkarların özünəməxsus əsərləri bir orkestrin ifasında səslənsə də, amma ifaçılar, xüsusilə orkestrin baş dirijoru və bədii rəhbəri, xalq artisti Fəxrəddin Kərimovun musiqini eləməharətlə təqdim edirdi ki, şəxsən mən həmin musiqinin özü ilə birlikdə onun dünyaya gəldiyimühitə və məkana gedə bilirdim. Demək həqiqətən dili olmayan musiqi əslində ən tanınmışqiraətçidən, dil pəhləvanından daha dəqiq özünü təqdim etməyə qadir imiş. 

 

Bir-birini əvəz edən ifalardan sonra aparıcı Nərmin Nəcəflini təqdim etdi. Gənc pianoçu röyalınarxasında öz yerini tutanda mən onun oturmaq səliqəsinə diqqət yetirdim. Yəni ifaçı röyalarxasında yerini elə nizamlayırdı ki, sanki doğma bir yerdə əyləşib ən çox sevdiyi bir işlə məşğulolmağa hazırlaşır. Bu işdən daha çox həmsöhbət olmağa bənzəyirdi. Yerini rahlayandan sonraovcunun içərisindəki əl dəsmalını sakitcə bir kənara qoyub içində dua edirmiş kimi röyala bumöhtəşəm məbədgahın tavanını və bir də dirijora tərəf baxdı. Və mən öz-özümə düşündüm ki, Nərmin Nəcəfli həmin an ürəyində «Ya Allah, başladıq!» - dedi. Hər halda bu mənimintiusiyamdır, yanıla da bilərəm və düşünürəm ki, burada böyük bir qəbahət də etmirəm...

 

İfa başladı. İlk akkordlardan ürəyim səksəndi. Çünki ağ şirmayi dillərin üzərində barmaqlarrəqsə başladılar. Bu an gözümün qabağına «Qu quşu» baletindəki möhtəşəm rəqs gəldi. Bax, Nərminin barmaqları da o cür rəqs edirdi. Özü də o rəqsə qoşulmuşdu. Çünki mən birinci sıradaəyləşdiyimdən demək olar ki, onunla aramız çox yaxın olduğundan sifətindəki mimikanı daizləyə bilirdim. Görürdüm ki, Nərmin barmaqlarının ucunda musiqini ən incə nöqtələrindənnotda yer alan məqamına qədər bir-bir incələyir və incələnən musiqi onun öz ruhuna, öz daxilidünyasına bir işıq kimi hopur və orada da filarmoniyanın zalına yayılır. Bunu hiss etmək üçün, bunu təsvir etdiyim formada qəbul etmək üçün həmin o anları görmək lazımdır. Çünki o anlarıyüzə yüz təqdim etməyə gərək musiqi bilicisi olasan. Mən isə sadəcə musiqi sevən bir dinləyici, tamaşaçıyam. Dediklərim də, yazdıqlarım da, dinləyici, tamaşaçı fikirləridi. Öncə orkestrləbirlikdə Motsartın «Fortepianino və orkestr üçün 23 nömrəli konsertin» sonra solist kimi AdilBəbirovun «Prelüd-skertso» - ifa etməsi mənim üçün Nərminin hədiyyəsi idi. Bu gecəninhədiyyəsi və bu gecə Nərminin barmaqları filarmoniyada, röyalın dilləri üzərində rəqs edirdi. Özü də çox möhtəşəm bir rəqs. Yaddaşa yazılan bir rəqs!..

 

Təbii ki, bu möhtəşəm konsertin sonunda ifaçıya bağışlanan güllərin sayı da, çeşidi də, rəngləridə o ifanı dəyərləndirən mükafat səviyyəsində deyildi. Güllər nə qədər çox olsa da, buketlər nəqədər çox olsa da barmaqların rəqsi qeyri-adi idi!..


Bəli, dünən, yəni dekabrın 23-də filarmoniyada klassik musiqi gecəsində simfonik əsərlərin ifasıyaddaqalan oldu. Bunun üçün Mədəniyyət Nazirliyinin və filarmoniya rəhbərliyinin birgəlayihəsi olan «Gənc istedadlara dəstək» həqiqətən təqdir olunmalıdır. Çünki istedadlara qayğımütləq gərəkdir. Bu, Azərbaycan üçün, Azərbaycan mədəniyyəti və musiqisi üçün zəruridir. Şükürlər olsun ki, aidiyyatı qurumlar bu addımları atırlar və biz, yəni  həmin gecənin iştirakçılarıfoyedə söhbət edərkən yaşadığımız anlar üçün təşkilatçılara təbii ki, öncədən Nərmin Nəcəfliyəminnətdar olduq. Dostlarım Nəbi müəllim və Azər bəy bizi bir araya gətirən musiqili anlarınunudulmaz olduğunu təkrar-təkrar vurğuladılar. Deməli, gecə alındı, tədbir ürəyimizcə oldu vəyaddaşımıza Nərminin rəqs edən barmaqlarının möhtəşəm ifası köçdü.

TƏQVİM / ARXİV