adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Səfehliyə görə kimsəni qınamıram - Fazil Mustafa yazır

FİRUZ MUSTAFA
1448 | 2023-03-21 15:47

Bəşər tarixinin gəlib-keçmiş ən böyük mütəfəkkirlərindən olan Höte öz əleyhdarlarını 5 qrupa bölürdü:

1) Səfehliyə görə. Buna görə kimsəni qınamıram, çün ki mənim nə yaratdığımı anlamırlar.  

2) Paxıllığa görə. Onlar mənim öz istedadımla qalxdı ğım mövqedə xoşbəxtlik haqqımı tanımayanlardır. Mən  qəfildən bədbəxt və yoxsul olsam, onlar məni zəhər ləməkdən əl çəkəcəklər.  

3) Öz uğursuzluqlarına görə mənim əleyhdarlarıma  çevrilənlər. Onların içində istedadlılar var, düşünürlər ki,  qarşılarını kəsən mənəm.  

4) Əleyhdarım olmağa əsası olanlar. Mən həmişə  yeniləşməyə çalışdım, səhvlərimi düzəldib öz təbiətimi  təkmilləşdirməyə üstünlük verdim. Mən onlardan neçə  mil öndə olduğuma görə onlar məni atəşləri ilə yaralaya bilmədilər. Mən onlarla deyil, hər zaman yeniliklərlə  məşğul oldum.  

5) Düşüncə obrazıma və görüşlərimə görə mənə əks olan  çox sayda əleyhdar. Mənim əsas uğurum öz hədəflərimlə  məşğul olmaqdan qaynaqlanır, çalışıram ki, əleyhdarlarıma  diqqət yetirməyəm. 

Yuxarıdakı bu müdhiş təsnifatı dönə-dönə oxuyun və çevrənizdə sizin əleyhinizə fəaliyyət göstərən məxluqların obrazlarını bircə-bircə göz önünə gətirin. Bu 5 şkalada hər kəsin yerini görəcəksiniz. Ona görə də Hötenin tövsiyəsindəki bu məqama xüsusi diqqət yetirin: əleyhdarlarınıza deyil, öz hədəflərinizə diqəti yönəldin. 
"Mən onlarla deyil, hər zaman yeniliklərlə məşğul oldum!" Nə qədər möhtəşəm bir ifadə! Yaddaşınıza yazın, həyat formuluna çevirin ki, böyümə hədəfinizdən sizləri yayındıra bilməsinlər!

TƏQVİM / ARXİV