Beyin axını...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1010 | 2024-11-05 15:57

 ... Dünyada ən böyük var- dövlət  ağıllı , savadlı, istedadlı insanların olmasıdır.

O, ölkədə istedadlı gənclərə" yaşıl işıq" yandırılır, savadlı və vətənpərvər , ədalətli gənclər irəli çəkilir, təbii ki, onlarda bu etimadı doğruldaraq xalqa vicdanla xidmət edirlər. Amma onları ayaqaltına alanda, saymayanda, savadsız , cahil adamları vəzifəyə təyin edəndə bax belə gənclərin qəlb sınır, çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Heç şübhəsiz bizdə də belə haqsızlığa məruz qalan gənclər az deyil.

Çünki onların əvəzinə, vəzifəyə kiminsə qohumu, hansısa icra başçısının  oğlu, yaxud qardaşı oğlu təyin edəndə bunu hamı görür və bilir. Və bu gün ən çox da yüksək vəzifədə işləyənlər elə məhz  onların yaxınlarıdır. Hamı yaxşı bilir ki, hansı nazirin, hansı icra  başçısının oğlu harda yüksək vəzifə tutub. Aydındır ki, onların layiq olanları da  var, amma onlardan da  savadlı olanlar kənarda qalır...    

... Və belə də olanda vətənpərvər, savadlı gənclərimiz  ölkəni tərk edirlər. Bundanda , böyük boşluq yoxdur. Çünki onların yerinə heç kim əvəz edə bilməyəcək.  Ki, beyin axını başlayırsa, bu, o deməkdir,belələrinə qarşı ədalətsizlik olub! Ədalətsizlik olan yerdə isə insanların yeri səhv düşür. Və nəticədə zərbə xalqa, millətə, vətənə deyir.

Bütün bunlardan  nəticə çıxarılmalı və heç kimin yeri səhv düşməməlidir!

TƏQVİM / ARXİV