Həkimin də ürəyi...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
156 | 2025-07-25 14:13

Biz uşaq olanda elə bilirdik ki, müəllim çörək yemir... Seyid  adamlar ölmür... Həkim xəstələnmir...  İllər keçdi ,  böyüdük və gördük ki, biz heç də düz düşünməmişik ; yeni müəllim çörək yeyir, Seyid adamlar ölür, həkimlər xəstələnir... Bilirsiniz , uşaqlıq illərini niyə yada saldıq?! Bir neçə həftə bundan əvvəl dostumuz və qardaşımız , tibb elmləri namizədi Rafiq Yusifli xəstələnmişdi...

Və bir balaca ürəyində narahatlıq yaranmışdı. Bu narahatlığı da onun kardioloq dostları qısa zaman kəsiyində aradan qaldırmışdılar.Dostumuzun narahatlığını eşidib, mobil telefonuna zəng vurdu.Telefonu açan kimi dedi ki, narahat olma , yaxşıyam. Səsindən də hiss edirdim ki, durumu pis deyil.Amma buna baxmayaraq, bildirdim ki, sabah gəlib sizi ziyarət  edəcəm...      

Əziyyət olar,- dedi.  - Qardaş, nə əziyyət heç bir əziyyət yoxdu, Əziyyəti bizim yolumuzda siz çəkmisiniz! Söhbətimizin səhər onlara getdik.Qapının ağzında xanımı ilə üzləşdik.Gülərüzlə , doğma insan  kimi biz səmimiyyətə qarşıldı və bizi evə dəvət elədi. Sonra da üzr istəyirik , həkimə gedəcəyini  bildirdi.Rafiq həkim də bizim gəlişimizdən çox sevindi...

Mənzilə keçib, əyləşdik.Və başladıq ötən günləri yada salmağa... Uşaqlığından danışdı... Bəhmənlidə keçən uşaqlığından... Axı onun anası Bəhmənlidəndi... Rafiq kəndin köhnə kişilərini yada yada saldı; Xanlar kişini, dayım Dayanduru, atam Qisməti xatırladı... Həm özü kövrəldi, həm də biz!!! Şükür Allaha vəziyyəti lap yaxşı idi...Xəstəlikdən bir kəlmə də danışmadı... Amma  gözəl söhbət elədi... Övladlarından, nəvələrindən danışdı... Maşallah, həkimin övladları və nəvələri də çox istedadlıdı...

Bal kimi şirin söhbətimiz uzun çəkdi... Füzulidə  işlədiyi illəri  yenidən yada saldı. Həkim dostlarının adını və soy adlarını bir - bir çəkdi, gözləri doldu... Nə isə... Onun durumunun yaxşı olduğunu görüb çox sevindim... Evə qayıtdıqdan sonra ondan bir mesaj gəldi. Mesajda yazmışdı ki, dostlar və xəstələrim məndən  soruşurlar ki, axı sən həm kardioloq, həm də şairsən, bəs ürəyin niyə ağrayır!

Mən də onlara cavab yazdım ki, ağrayan həkim ürəyim deyil, şeir yazan ürəyimdi... Nə  gözəl! Rafiq həkim , heç vaxt ürəyiniz ağrımasın ; çünki bu ürəkdən minlərlə ürək işıq, güc alıb və bundan sonra da , alacaq!!!

TƏQVİM / ARXİV