"Ukrayna müharibənin son mərhələsindədir" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1355 | 2023-10-11 15:27

Ukrayna prezidenti Volodimir Zelenski, "Digi 24" telekanalına müsahibəsində bildirib ki, Ukrayna hazırda müharibənin son mərhələsidədir. Bununla yanaşı Ukrayna prezidenti münaqişənin nə vaxt başa çatacağı ilə bağlı dəqiq tarix açıqlamayıb: "Bu mühatibənin son mərhələsidir, ortası deyil". 

Zelrnskinin fikirincə, son mərhələ münaqişənin ən çətin mərhələsidir. 

Zelenskinin bu fikirlərini birmənalı qarşılamaq o qədər də asan deyil. Ukrayna prezidenti "son mərhələ" dedikdə, hansı şərtlər altında münaqişə dayandırıla bilər sualı açıq qalır. 

Bəzi mənbələrdən verilən məlumatlara görə, Rusiya tərəfi, Patruşev, Bastrıkin və Narışkin kimi fiqurların simasında ABŞ-la danışıqlar aparılır. Artıq Qərbin də Ukrayna müharibəsindən sıxıntı keçirmələri müşahidə olunmaqdadır. Ona görə də,  iki ilə yaxındır ki, davam edən müharibənin dayandırılması və yaxud ən azından dondurulması yolları axtarılır.

Verilən məlumatlardan görünür ki, Rusiya ABŞ arasında aparılan danışıqlara görə, Krım yarlmadası ümumiyyətlə müzakirədən kənarda qalacaq, Ukrayna artıq Rusiya tərəfindən öz ərazisi hesab edilən Donbass və Luqansk vilayətlərini itirəcək, danışıqlar yalnlz Xerson vilayətinin bazarlığı üstündən aparılacaq. 

Ukraynanın bu müharibədən qalib çıxması  arzu  edilsə də, artıq münaqişənin sonsuzluğa qədər uzanacağı heç kimdə şübhə doğurmur .  Dünyanın 55 ölkəsinin Ukraynaya açıq dəstək verməsinə rəğmən, cəbhədə dönüş yaratmağa nail olmaq perspektivləri görünmür. Minlərlə hərbiçisini itirən Ukrayna onların yerini doldurmaqda çətinlkk çəkir. NATO-nun bu müharibəyə heç bir halda canlı qüvvə ilə qoşulmayacağı da əvvəldən bəyan edilmişdi. 

Bu günədək rəsmi Kiyevə milyardlarla dollarlıq silah-sursat göndərməsi, humanitar istiqamətdə maliyyə yardımı etməsi də, cəbhədə hər hansı bir dəyişikliyə gətirub çıxarmır. Qərb, əvvəlki tempdə Ukraynaya dəstək vermək gücünü və həvəsini itirməkdədi. Ukraynanın Rusiya ilə təkbaşına qalması isə, ümumiyyətlə dövlətin suverenliyinin itirilməsinə,  tamamilə işğal olunmasına gətirib çıxara bilər. Bu isə heç bir halda ABŞ-ın planlarına dsxil deyil. 

Ukrayna prezidenti Volodimir Zelenskinin, pərdəarxası kulislərdə hazırlanan bu danışıqlar sənədini imzalayacağl inandırıcı görünmür. Onun könüllü istefa verəcəyinə də inanmıram. Belə olan halda, qarşıdakı prezident seçkilərində onun yenidən prezident seçilə bilməyəcəyi ehtimalını artıtır.  Ukraynada belə bir alçaldıcı sınədə imza atmaq istəyən prezidentliyə namizədliyini irəli sürəcək adam tapılacaqmı? Yəqin ki, ABŞ danışıqlar sənədini imzalaya biıəcək yanukoviçlərdən birini tapıb prezident seçəcək. 

 

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV