adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YENGƏ ƏLİBOŞ QAYITDI 

NİCAT NOVRUZOĞLU
44452 | 2021-04-09 14:37

Hərdən Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova  yazığım gəlir. Adam ermənilərin quşun nə qədər  götürər, iyrənə-iyrənə Araiklə gündə neçə dəfə öpüşər, artist kimi ermənilərin  üzünə nə qədər gülər.

Bunlar cəhənnəm, həm də  təzə nişanlananlara, evlənənlərə nə qədər yengəlik edər? Gah yığıb Kəlbəcərin Dədəvənginə aparır, o gün də 300 ermənini  yığıb Xocavənd rayonundakı kilsəyə gətirmişdi.

Adam nə qədər  şam tutar, şam yandırar?

İndi də gəlmişdi guya Azərbaycandakı erməni hərbi  əsirlərinə yengəlik edib İrəvana aparmağa, əliboş qayıtdı.

Ona görə ki, Azərbaycanda erməni  hərbi əsirləri  yoxdu, hamısı təhvil verilib.

Azərbaycanda məlum  təslimçilik aktından 15-20 gün sonra gəlib Qarabağda cinayət törədən terrorçular var.

Bunu xarici işlər naziri, hörmətli Ceyhun Bayramov da dəfələrlə vurğulayıb. Terrorçular isə terror törətdiyi  ölkənin qanunları ilə mühakimə olunurlar.

İstəyirəm müraciət edəm  Rüstəm Muradova, bizim xalaoğluna da bir yengəlik eləsin. Nişanlanıb, arzusu odur ki, Xocalıdakı dağılmış məsciddə kəbin kəsdirsin.  Görən, eşidər?

Nicat NOVRUZOĞLU

TƏQVİM / ARXİV