10 Aprel 2025 11:51
662
SAĞLAMLIQ

4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi

4 gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib.

Bu barədə Adalet.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edilib ki, 4 gün həmin şöbədə komada qalan hamilə pasiyent uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. 07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində pasiyentə qeysəriyyə kəsiyi əməliyyatı icra edilib:

"Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb",- deyə məlumatda qeyd edilib.