82 yaşlı qadın su kanalında boğuldu

İmişlidə 82 yaşlı qadının su kanalına düşərək boğulması ilə nəticələnən hadisə baş verib.
Adalet.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
İmişli şəhər sakini 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub. Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Bakıda evdən qaçan 3 rəfiqənin kimliyi məlum olub

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Küləklə bağlı xəbərdarlıq edilib

Sabah intensiv yağış yağacaq

Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq - XƏBƏRDARLIQ

Qar uçqununa düşərək həyatını itirən əsgərimizin VİDEOSU kədərləndirdi

Yerə güclü maqnit qasırğası yaxınlaşır
