ABROPANI QARANLIQ GÜNLƏR GÖZLƏYİR -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
528 | 2025-03-24 13:44

Böyük Britaniyanın baş naziri Kir Statmer The New York Times qəzetinə müsahibəsində bəyan edib ki, Avropanı daha qaranlıq günlər gözləyir. Buna görə də müdafiə sahəsinə maliyə xərclərini  artırmalıdır.

 "Biz hamımız sülh dividentlərindən kef çəkirdik, artıq Avropa qara epoxaya doğru gedir"- deyə britaniya hökumətinin rəhbəri qeyd edib.

 Starmer vurğulayıb ki, "mən bu bəyənatımla heç kimi qorxutmaq istəmirəm", lakin bildirməliyəm ki,  Avropa mütləq müdafiə və təhlükəsizlik barədə daha ciddi düşünməlidir.

 Əslində Avropa 10 il bundan əvvəl,  Ukraynanı qızışdırıb "qurbanlıq qoyun" kimi  Rusiyanın qabağına atanda bunları görməliydi. İndi "barmaqları qapı arasında" qalanda öz təhlükəsizliklərinin qorunması üçün əl-ayağa düşüblər. 

 Bu tərəfdən də, ABŞ-ın yeni (köhnə)  seçilmiş  prezidenti Donald Trampın müharibənin dayandırılması barədə verdiyi bəyənatlar, avropalıları çətin durum qarşısında qoydu. Ona görə də, müharibənin dayandırılmasını istəmirlər.

 Böyük Britaniyanın baş naziri bildirib ki, ölkəsi 2027-ci ilə qədər hərbi xərclərini 2, 2.5 faiz arıtmağı nəzərdə tutur. Bu da İkinci Dünya müharibəsindən sonra ən yüksək səviyyə hesab olunur. Beləliklə, Böyük Britaniya 2027-ci ilə qədər üçüncü dövlətlərə göstərilən maliyə yardımlarını azaltmaq məcburiyyətində qalacaq.

 Görünən odur ki, Ukrayna müharibəsi davam edərsə, Kiyev tədricən ABŞ-ın ardınca Avropanın da köməyindən məhrum olmaq təhlükəsi ilə üzləşəcək...

 

TƏQVİM / ARXİV