"ABŞ Rusiyanın tələblərini nəzərə alacaq" - Tramp

ABŞ administrasiyası Rusiyanın Ukrayna ilə atəşkəs əldə etmək şərtlərini, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracına qarşı sanksiyaların ləğvini nəzərə alır.
Adalet.az xəbər verir ki, bunu prezident Donald Tramp iki ölkənin ekspert qrupları arasında aparılan danışıqların nəticələrini şərh edərkən deyib.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, "bütün təkliflərə baxacaq".
Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyadda əldə etdiyi razılaşmalara Qara Dəniz Təşəbbüsü (naviqasiyanın təhlükəsizliyi, mülki gəmilərin hərbiləşdirilməsinə qadağa, yoxlamalar) və sığorta tariflərinin aşağı salınması və limanların açılması yolu ilə Rusiyanın qlobal kənd təsərrüfatı bazarlarına çıxışına ABŞ-nin yardımı daxildir.
Digər Xəbərlər

Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb - YENİLƏNİB

İsrail əsgərləri Qəzzada döyüşlərə qayıtmaq istəmir

Ən yaxşı məsləhətçim həyat yoldaşımdır- Zelenski

Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır

Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər tapıldı

Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir
