Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb

Bu ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri tədbirlər nəticəsində Azərbaycanda olma, yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran və qeydiyyat qaydalarına əməl etməyən 59 əcnəbi ölkə vətəndaşı saxlanılıb.
Həmçinin, ötən il keçirilən COP29 tədbirləri çərçivəsində Bakı şəhərinə gələn, amma ölkə ərazisindən çıxışları qeydə alınmayan müxtəlif xarici ölkələrin 13 vətəndaşının da yeri müəyyən edilərək barələrində qanunauyğun tədbir görülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, saxlanılanlar arasında Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə barəsində axtarışı elan edilən əcnəbi vətəndaş da olub.
Digər Xəbərlər

Güclü külək yük maşınını aşırdı - VİDEO

Jurnalist Mayis Əlizadə Türkiyədə VƏFAT ETDİ

Özünü avtomobilin altına atanlar

Reabilitasiya Mərkəzindəki yanğında bir nəfər xəsarət alıb

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi

2 ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürüldü - VİDEO
