05 Mart 2025 12:11
168
ŞOU-BİZNES

Baba Vəziroğlu: “Bu bizik, efir də bizim güzgümüzdür”

Şair Baba Vəziroğlu efirləri bəzəyən proqramlardan söz açıb.

Adalet.az xəbər verir ki, şair məşhur similar haqda tənqidi fikirlər söyləyib:

“Həmişə demişəm, indi də deyirəm, televiziyalarda görünənlər  Aydan, Marsdan və ya digər planetdən gəlməyiblər. Bu bizik, efir də bizim güzgümüzdür. Biz necəyiksə, televiziya da onu göstərir. Biz güzgünü sındırıb lənətləməkdənsə, özümüzü düzəldək. Mən yaxşıyamsa, aparıcı və ya veriliş heyəti məni necə pis təqdim edə bilər? Bu səbəbdən efirlərin üzərinə çox getmək olmaz. Biz özümüz düzəlməliyik. Bütün məsələlərdə insan özündən başlamalıdır”.

Əntiqə