Manaf Ağayev: “O vaxt geyindiyim geyimləri indi geyinə bilmirəm”

Müğənni Manaf Ağayev onu yaxından tanımayan hər kəsə səslənib.
Adalet.az xəbər verir ki, müğənni yeniyetmə çağlarından pul qazandığını etiraf edib:
“Keçmişdə geyimlərimi görməyən, qazancımı bilməyən insanlar deyirlər ki, Manaf indi pul görüb. Amma mən 14 yaşımdan pul qazanmışam. Hər gün üçün 100 manat qazanırdım. Kaş sovet dövründəki imkanım indi olardı. O vaxt geyindiyim geyimləri indi geyinə bilmirəm. O vaxtlar rus pulu ilə ölçəndə 200manatlıq şarf alırdım. 16-17 yaşımda “diplomat palto” geyinirdim, 400 manatlıq kostuyum alırdım. Amma indi onları ala bilmirəm.
ƏNTİQƏ Kərimzadə