05 Mart 2025 12:40
168
ŞOU-BİZNES

Meyxanaçı: “Deyişmədə Pərviz və Balaəlidən üstünəm”

Uzun zamandır efirlərdə görünməyən meyxanaçı Gülağa Ağayev  açıqlaması ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, o, bəzi həmkarlarını özündən zəif hesab edib:

“Meyxanada deyişmə üslubuna görə müqayisə edirsinizsə mən  Balaəlidən də, Pərvizdən də üstünəm. Bunu sübut da edərəm. Başqa üslubları demirəm, amma deyişmədə onlardan ağır gələrəm”.

Meyxanaçının dostu  Balabəy Ağayev də Gülağanın fikrini təsdiqləyib:

“Gülağanın fikri ilə 100% razıyam. Düz deyir”.


Əntiqə Kərimzadə