“Barselona” darmadağınla yenidən liderliyə yüksəldi

İspaniya La Liqasında XXVI turun növbəti oyunu keçirilib.
Adalet.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Barselona" doğma meydanda "Real Sosyedad"ı qəbul edib. Görüş ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 57-yə çatdıran Kataloniya klubu turnir cədvəlində liderliyə yüksəlib. "Atletiko Madrid" isə 56 xalla 2-ci sıraya enib.
Qonaqlar 34 xalla 9-cu yerdədir.