“Bizim bildiyimiz dünya yox oldu...” - Starmer

Britaniyanın Baş naziri Kir Starmer “The Telegraph” qəzetinə yazdığı məqalədə son illərdə yaradılmış dünya nizamının məhv olduğunu bildirib.
Adalet.az xəbər verir ki, məqalə ABŞ Prezidenti Donald Trampın 200-dən çox ölkədən gələn mallara rüsum tətbiq etməsi fonunda dərc edilib.
Siyasətçinin fikrincə, keçmiş ideyaları artıq təbii qəbul etmək olmaz, yeni dünya müəyyən edilmiş qaydalara deyil, sövdələşmələrə və ittifaqlara əsaslanır.
“Bizim bildiyimiz dünya yox oldu. Biz bundan sonra baş verəcəklərə hazırıq”, - Starmer deyib.
O əlavə edib ki, ticarət müharibəsindən heç kim fayda görməyəcək, eləcə də Böyük Britaniya və digər ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcək.
Starmer baş verənlərə baxmayaraq, hələ də azad və açıq ticarət ideyasını dəstəklədiyini vurğulayıb.
Digər Xəbərlər

İmamoğlunun atasının evində də axtarış aparıldı - VİDEO

Türkiyədə yumurtanın qiyməti kəskin artdı

Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək

NATO-dakı vitse-admiral vəzifədən kənarlaşdırıldı

"O, ağıllı adamdır" - Netanyahunun yanında Ərdoğanı təriflədi

İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq

Makron: HƏMAS Qəzza zolağının idarə edilməsində iştirak etməməlidir
