01 Aprel 2025 11:14
249
İDMAN

Döyüşdən sonra vəfat etdi

Nigeriyalı boksçu Qabriel Oluvasequn Olanrevaju Qanada keçirdiyi döyüşdən sonra vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə Qana Boks Təşkilatı məlumat yayıb.

40 yaşlı idmançı Qananın Akkra şəhərində yerli rəqibi Con Mbanuqu ilə keçirdiyi döyüşün üçüncü raundunda huşunu itirib. İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, boksçu keçirdiyi doyüşlərdə 13 qələbə (12-si nokautla) qazanıb, 8 dəfə uduzub. Onun hesabında 2 heç-heçə də var. O, peşəkar rinqdə Nigeriya və Qərbi Afrika çempionu da olub.