01 Aprel 2025 09:22
280
İDMAN

Holand üçün mövsüm başa çatdı

"Mançester Siti"nin hücumçusu Erlinq Holand mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Adalet.az xəbər verir ki, norveçli forvard İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"la qarşılaşmada ayaq biləyindən zədələnib.

2:1 hesabı ilə başa çatan görüşün 61-ci dəqiqəsində əvəzlənən Holand stadionu əsanın köməyi ilə tərk edib.

Buna baxmayaraq, ulduz futbolçunun iyunun 15-də start götürəcək Klublararası Dünya Çempionatında oynayacağı gözlənilir.

Qeyd edək ki, Erlinq Holand bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxaraq 30 qol vurub və 4 məhsuldar ötürmə edib.