Hökümə Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyənləşdi, zərər ödənildi
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib.
DİN-n Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.
Qeyd edilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Digər Xəbərlər
18 Yanvar 2025 17:57
Bu rayonlara qar yağır - YENİLƏNİB
18 Yanvar 2025 13:23Növbəti köç karvanı Cəbrayıla çatdı - YENİLƏNİB
18 Yanvar 2025 11:11Hökumə Əliyevanın ailəsinin 80 min manatı oğurlanıb - YENİLƏNİB
18 Yanvar 2025 10:33O uzaq, yaşıl ada: Kərki kəndinin işğalından keçən 35 il
18 Yanvar 2025 10:25