İran liderinin paylaşımı erməniləri bərk incitdi: "Türk"
jpg-1745912922.jpg)
Dünən İran Prezidenti Məsud Pezeşkian Bakı səfəri, ermənilərin reaksiyası ilə bağlı məqalə hazırlamışdım.
Diqqətlə baxanda ermənilərin ağır bir sarsıntı keşirdiklərini görmək mümkün idi.
Ermənilər gözləyirdilər ki, bu sarsıntını Pezeşkian ölkəsinə döndükdən sonra Azərbaycan haqqında qərəzli açıqlamlar edərkən unudacaqlar və xoşbəxt olacaqlar. Amma inanmırdılar ki, ikinci ağır zərbə və sarsıntını məhz İran lideri geri döndükdən sonra alacaqlar.
Adalet.az xəbər verir ki, Pezeşkian X platformasında Azərbaycan Prezident İlham Əliyevə qonaqpərvərliyinə görə təşəkkür edib.
"Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalarımız oldu və sənədlər imzalandı.
Bu səfər etimadın artırılması və hərtərəfli elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir.
Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm".
Qeyd edək ki, hazırda sosial şəbəkədə ən çox müzakirələrə səbəb olan İran liderinin Azərbaycanla bağlı səmimi fikirləridir. Bundan qəzəblənən ermənilər İranın onları türklərə " satdığını" vurğulayır, onun da "türk" deyə guya öz ağıllarınca təhqir edirlər.
P.S. Yerevan Dövlət Elm və Texnologiya Universitetinin müəllimi Qaqik Hambaryanın sözlərinə görə, Pezeşkiyanın bəyanatı Azərbaycana deyil, Ermənistan hakimiyyətinə yönəlib.İran prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gedib. O, Azərbaycana səfərindən əvvəl verdiyi müsahibədə qondarma “Zəngəzur dəhlizi” ilə bağlı deyib ki, İran Azərbaycana öz ərazisindən Naxçıvanı birləşdirən yol verir. “Artıq bu məsələ ilə bağlı iş gedir və müvafiq razılaşma da var”. Hər kəs öz ölkəsinin ərazi bütövlüyünə hörmət etməlidir. “Dövlətlər arasında sərhəd əlaqəsi məsələləri yalnız bütün tərəflərin maraqları nəzərə alınmaqla həll edilə bilər”.
Əntiqə Rəşid
Digər Xəbərlər

Ceyhun Bayramovla Stiven Dauti arasında telefon danışığı olub

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

XİN: Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik
