Keçmiş məhkumlardan 7 kiloqram narkotik götürüldü

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlı Naim Süleymanov saxlanılıb.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan 7 kiloqram marixuana, heroin, metamfetamin və metadon həbləri aşkar olunub. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddi qazanc əldə edəcəkmişlər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

2020-2023-cü illərdə Qarabağda olan erməni hərbçilərin sayını AÇIQLADI

12 il əvvəl qətl törədən şəxslər Bakıda HƏBS OLUNDU

İrandan Azərbaycana 22 kiloqram narkotik keçirmək istədilər - FOTOLAR
