Kirayə yaşadığı evdən oğurluq etdi

Bakıda kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqqəti yaşayan şəxsin həmin ünvanda kirayəşin qalan 2 nəfərin mobil telefonunu oğurlaması barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş paytaxt sakini 23 yaşlı Fikrət Ramazanov saxlanılıb.
Onun F.X.Xoyski küçəsində yerləşən elektronika və məişət avadanlıqları satılan mağazalar şəbəkəsindən, eləcə də kirayədə yaşadığı daha 3 evdən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Xocalıda dəfn etdiyi meyitlərdən DANIŞDI

2020-2023-cü illərdə Qarabağda olan erməni hərbçilərin sayını AÇIQLADI

12 il əvvəl qətl törədən şəxslər Bakıda HƏBS OLUNDU
