Kəmalə Abiyeva: Darıxdım...
Darıxdım anidən,
səbəbini bilmədən.
Məsələn, bir azca qar yağsaydı,
bir azca hava qızsaydı - deyən,
havasını tapmayan kimi darıxdım.
Bir içim su, bir udum havaya möhtac kimi,
Bir parça çörəyə ac kimi darıxdım.
Ürəyimdən keçənlərə susmaq,
susa bilməmək qədər darıxdım.
Sakitcə ağac altda oturmaq,
Gözün görənə baxmaq arzusu,
Getməyə bir yerin,
anlayacaq biri yoxdu duyğusu,
səhər həsrəti,
gecə uyğusu qədər darıxdım.
Ölənlərlə ölmək,
Qalanlarla yaşamaq qorxusu qədər
darıxdım...
Digər Xəbərlər
04 Dekabr 2024 11:00
“Ulduz” jurnalının Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub
03 Dekabr 2024 15:47Könüllərin görüşü - Tərlanə Yaqubqızı yazır
03 Dekabr 2024 12:03VARAĞIN ÜSTÜNDƏ BİR QƏLƏM KİMİ... - Tərlan Əbilovun şeirləri
02 Dekabr 2024 15:33Ankarada “Şirvanşahların minilliyi” kitabı təqdim olunub - FOTOLAR
02 Dekabr 2024 07:25