02 Dekabr 2024 07:25
362
ƏDƏBİYYAT

Müəllim önündə baş əyməlisən!

Sanırdım özlərin çəkəndi onlar,
Ürəyə dərd-kədər əkəndi onlar,
Sən demə mələkmiş, Əhsəndi onlar,
Müəllim önündə baş əyməlisən!
******
Qorusun hər zaman Yaradan onu,
Qorusun, hifs etsin qaradan onu,
Ucaltsın göylərə sıradan onu,
Bu insan önündə baş əyməlisən!
******

Haqqı-ədaləti qoruyandı o,
Yamanı-yaxşıdan darıyandı o,
Həqiqət yolunda əriyəndi o,
Müəllim önündə baş əyməlisən!

******
Allahım, ən uca dağ eylə onu,
Kədərsiz, bəhrəli bağ eylə onu,
Hər zaman, hər yerdə sağ eylə onu,
Bu insan önündə baş əyməlisən!
******
Yaxşılığı mən onlarda görmüşəm,
İnsanlığın töhfəsini dərmişəm,
Bu incini öz qəlbimdə sərmişəm,
Müəllim önündə baş əyməlisən!
******
Günəş kimi işıq salası olsan,
Dünyada əbədi qalası olsan,
Süleyman tək xərac alası olsan,
Müəllim önündə baş əyməlisən!
******
Müəllim Şah dağı, başı ağ qarlı,
Müəllim bağbandı, bağçası barlı,
Müəllim aləmdi, fəsli-baharlı,
Müəllim önündə baş əyməlisən!
******
İstəyir alim ol, istəyir fəhlə,
Müəllim adını sən çək fərəhlə,
Bütün biliyini sənə çox səylə,
Öyrədən önündə baş əyməlisən!
******
Müəllim müqəddəs şərəfli peşə,
Müəllim billurdan təmiz bir şüşə,
Onun təbiəti sirli bir guşə,
Bu insan önündə baş əyməlisən!
******
O sənin yolunda nurdu, mayaqdı,
O sənə köməkdi, sənə dayaqdı,
Çətinə düşəndə çağır, oyaqdı,
Bu dahi önündə baş əyməlisən!
******
Alimlər, təbiblər yetirəndi o,
İnsandan pisliyi itirəndi o,
Dəli Kürdən işıq götürəndi o,
Bu insan önündə baş əyməlisən!
******
Geniş səmaları fəth eyliyəndi,
Dəryanı çaparaq at eyliyəndi,
İnsanlar həyatı mat eyliyəndi,
Müəllim zirvədi, müəllim şahdı,
Müəllim önündə baş əyməliyik!
******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.