Kliniki ölüm keçirən qadının bətnindəki döl tələf olub

Ağdam rayonunda doğuş vaxtı kliniki ölüm keçirən 24 yaşlı qadının bətnindəki döl tələf olub.
Adalet.az xəbər verir ki. Ağdam Mərkəzi Rayon Xəstəxanasında doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının halı qəfil pisləşib.
İlkin müayinə zamanı onun öldüyü müəyyən edilib. Həkimlərin yardımı sayəsində ana F.Yusifovaya tibbi müdaxilələr edilərək onun ürək fəaliyyərini bərpa etmək mümkün olub. Onun bətnindəki döl tələf olub.
Hazırda F.Yusifovanın səhhəti kafi qiymətləndirilir.