07 Aprel 2025 09:57
161
DÜNYA

Krasnodarda Ukrayna PUA-sı vuruldu

Rusiyanın Krasnodar diyarında pilotsuz uçuş aparatı (PUA) dəmir yolu xəttinə düşüb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun əməliyyat qərargahının teleqram kanalında bildirilib.

"Hava Hücumundan Müdafiə sistemi tərəfindən zərərsizləşdirilən Ukraynanın PUA-larından biri Kubanets və Tantsyura-Kromarenko qəsəbələri arasında dəmir yolu xəttinə düşüb. Xəsarət alan olmayıb, yanğın baş verməyib", - məlumatda bildirib.

Bildirilib ki, hadisə yerində “Rusiya Dəmir Yolları”nın qəza briqadası işləyir, Hadisə yerinə təmir-bərpa qatarı, bundan əlavə 27 nəfər və 7 texnika cəlb olunub.

Məlumata görə, aparılan işlər zamanı qatarların hərəkəti zədələnmiş hissədən yan keçməklə təşkil edilib.