"NATO ABŞ-nin səylərini tam dəstəkləyir" - Rutte

"NATO Ukraynada davamlı və ədalətli sülhə nail olmaq səylərində ABŞ-ı tam dəstəkləyir".
Adalet.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "CBC" telekanalına açıqlamasında bildirib.
O, hesab edir ki, Vaşinqton “addım-addım” döyüşlərin bitdiyi vəziyyətə çatmağa çalışır.
Rutte həmçinin son vaxtlar “cəbhə xəttinin yanlış istiqamətdə hərəkət etməsindən” şikayətlənib. Bununla bağlı o, Rusiyanın hərbi əməliyyatlara son qoymaqda maraqlı olduğuna şübhə etdiyini bildirib.
"Ancaq Trampın rusların nə qədər ciddi olduqlarını görmək üçün cəhd etməsi, sınaması... Onun nə qədər irəli gedə biləcəyini yaxın həftələrdə görəcəyik və mən onu dəstəkləyirəm", - Rutte bildirib.