Palata sədrindən deputata cavab: "Bu il də belə olacaq"

“Siz 10 il əvvəl də, 5 il əvvəl də bildirmisiniz ki, pozuntuların xüsusi çəkisi büdcə qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır. Hesab edirik ki, elə bu il də belə olacaq”.
Adalet.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Əli Məsimlinin sualına cavab olaraq bildirib.
“Gələn ilin hansı formada dəyişib-dəyişməyəcəyinin proqnozunu verə bilmərik. Ən böyük məsələlərdən biri büdcə prosesini tənzimləyən hüquqi bazanın dəyişilməsinə, yenilənməsinə ehtiyac var. İkincisi isə, fiskal intizamın zəifləməsi müşahidə edilir. Bunun əsas səbəblərindən biri isə yeni hüquqi bazanın olmaması, köhnənin isə mövcud fəaliyyəti tam tənzimləyə bilməməsindən irəli gəlir. 2024-cü ildə yeni satınalmaların bəzilərinə baxdıq, onlarla bağlı müəyyən təhlilləri hesabata salmışıq. Satınalmaların əksəriyyəti 2024-cü ilə qədər köhnə qanunu əhatə edirdi. 2024-cü il yeni bitib. Yeni qanun tətbiqi ilə bağlı çalışacağıq ki, 2025-ci ilin mayında yeni qanunun üstünlükləri əvvəlki müqayisəsi barədə analtik təhlil təqdim edək”, - deyə sədr bildirib.
Qeyd edək ki, deputat Əli Məsimli çıxışında söyləyib ki, aparılan auditlərə əsasən, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir: "Bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belədir. Niyə kifayət qədər tövsiyyələr qəbul olunur, amma bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür", - deyə deputat bildirib.
Digər Xəbərlər

Ələt-Astara dəmir yolu xəttinin tikintisi nə vaxt tamamlanacaq?

Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı

Nağdsız ödənişlərə maraq yüksəlib

Gələn il üzrə neftin büdcədə qiyməti açıqlanıb

2026-2029-cu illərdə manatın məzənnəsi sabit qalacaq - RƏSMİ

"Ayrı-ayrı qurumlarda eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi fərq var" - Palata sədri

"Evlərin qiyməti vətəndaşların alıcılıq qabilliyyətinə uyğun deyil" - Deputat
