Qatarın qarşısına qəfil insan çıxması faciəyə səbəb olub - ADY

Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.
Bu barədə Adalet.az-a Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.
Hadisə aidiyyəti üzrə araşdırılır.
Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.
Digər Xəbərlər

Güclü külək yük maşınını aşırdı - VİDEO

Jurnalist Mayis Əlizadə Türkiyədə VƏFAT ETDİ

Özünü avtomobilin altına atanlar

Reabilitasiya Mərkəzindəki yanğında bir nəfər xəsarət alıb

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi

2 ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürüldü - VİDEO
