Rövşən Rzayev vətəndaşların suallarını cavablandırıb

Aprelin 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Adalet.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.
Eyni zamanda Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin bərpasının və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahədə mühüm işlər görüldüyü qeyd edilib. Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Digər Xəbərlər

Bu məmurlar üzvlükdən çıxarıldı, yerinə onlar təyin edildi - SƏRƏNCAM

DYP sərnişin daşıma ilə məşğul olanlara müraciət etdi
jpg-1744802127.jpg)
Macarlardan ermənilərə 3-cü şillə: Macar turançılığı

Türk Dünyasının Tanınmış Alimi Aygün Attarın Doğum Günüdür

Qeyri-sabit hava şəraiti ilə əlaqədar növbəti müraciət

Teymur Musayev Dmitri Pineviç ilə görüşüb - FOTO

ADY gücləndirilmiş rejimdə çalışır - Qatarların qrafik üzrə fəaliyyəti bərpa olundu - YENİLƏNİB
