13 Aprel 2025 18:01
303
DÜNYA

Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşəcəklər

Rusiya və Ukrayna nümayəndələri aprelin 15-16-da Türkiyədə görüşəcəklər.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər Ankarada bir araya gələcəklər.

Görüş çərçivəsində Qara dənizin təhlükəsizliyinin müzakirə olunacağı gözlənilir. Nümayəndə heyətinə kimlərin rəhbərlik edəcəyi məlum deyil.

Türkiyə Milli Müdafiə Nazirliyi isə bildirib ki, aprelin 15-16-da Ankarada xarici ölkələrin hərbi nümayəndələri ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirəcək.

“Aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçiriləcək. Xarici ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspekti müzakirə olunacaq”, - məlumatda vurğulanıb.