Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanıldı

Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.
DİN-dən Adalet.az-a bildirilib ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər

Xocalıda dəfn etdiyi meyitlərdən DANIŞDI

2020-2023-cü illərdə Qarabağda olan erməni hərbçilərin sayını AÇIQLADI

12 il əvvəl qətl törədən şəxslər Bakıda HƏBS OLUNDU
