Sumqayıtda avtobus yanıb - VİDEO

Sumqayıt şəhəri, S.Vurğun küçəsində avtobusda yanğın baş verib.
Adalet.az xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Mitsubishi” markalı avtobusun mühərrik hissəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun mühərriki və salon hissəsi qismən yanıb.
Avtobusun digər hissələri yanğından mühafizə olunub.
Digər Xəbərlər

Güclü külək yük maşınını aşırdı - VİDEO

Jurnalist Mayis Əlizadə Türkiyədə VƏFAT ETDİ

Özünü avtomobilin altına atanlar

Reabilitasiya Mərkəzindəki yanğında bir nəfər xəsarət alıb

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi

2 ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürüldü - VİDEO
