Sürücü məsuliyyətsizliyi dəhşətli qəzaya səbəb oldu - VİDEO

"Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməsi ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur".
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov bildirib. Onun sözlərinə görə, xüsusulə svetoforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2 saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır:
"Bakıda müxtəlif vaxtlarda baş verən qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü svetoforun qadağanedici siqanalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir. Svetoforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq.
Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə svetoforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi diqqətə çatdırırıq ki, svetoforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər.Buna görə də svetofora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır".
Digər Xəbərlər

Güclü külək yük maşınını aşırdı - VİDEO

Jurnalist Mayis Əlizadə Türkiyədə VƏFAT ETDİ

Özünü avtomobilin altına atanlar

Reabilitasiya Mərkəzindəki yanğında bir nəfər xəsarət alıb

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi

2 ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürüldü - VİDEO
