Xeyirxahlığa çağırış

Kimsəyə qan verin,qurtarın dardan.
Qurtarın həyatın borandan,qardan.
Sizə də pay düşsün,güllü bahardan.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Birinin baş-gözü ağrıyır yaman,
Ağrıdan başından,hey qalxır duman.
Onun gözlərində qaralır cahan.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Birinin geyimə var ehtiyacı.
Həyatı ağırdı,yoxdu əlacı.
Mənasız ümüdlər onun çün acı.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Hərə bir iş görsə,aləm xoş olar.
Zalımın ürəyi inan daş olar.
Gözləri ağlayar,hər an yaş olar.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Ramazan müqəddəs,xeyirxah aydı.
Xeyirxah kəslərdən,kasıba paydı.
Xeyirxah işləri yaxşılar yaydı.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Kimsəyə söz vurma,küsülü qalma.
Acı sözlərinlə,canını alma.
Yaxşı ol,qəlbinə dərd-kədər salma.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Verdiyin sədəqə savaba yetər.
Verməsən,olarsan betərdən-betər.
Bütün yığdıqların ziyana itər.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Etdiyin səhv üçün,üzür istəsən,
Qəlbini alaraq,bağışla desən,
Bu bir böyüklükdür,deyim biləsən.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Pisliyə nə var ki,hamı eyləyər.
Namərdlər hamıya pislik diləyər.
Mərdlərsə dünyanı nura bələyər.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Kimsəyə yamanlıq eyləyən kəslər,
Sonunda alacaq,çox ağır dərslər.
Yanıb-yaxılacaq,həmən o pislər.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Həyatda heç bir şey əvəzsiz qalmır,
Allahım yaxşını zirvədən salmır,
Yamanlar namərddir,heç vaxt ucalmır.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Yaxşılar həmişə parlayacaqdı.
Savab hesabına gurlayacaqdı.
Ruzi-bərəkətini hey sayacaqdı.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Birinə söz deyib,acılayırsan.
Qeybətin edirsən,hey qınayırsan.
De,namərdliyinimi sınayırsan?
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Namərdin sözünə baxma,amandı.
Namərdin hər işi,sözü yamandı.
Yaxşılıq eyləyin,gözəl zamandı.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Yaxşılıq uğrunda gəlin yarışaq.
Yaxşı olaq,yaxşılıqdan danışaq.
Yamanlardan uzaqlıqla barışaq.
Xeyirxah iş görün,xeyrə tələsin.
******
Oxu sözlərimi,sən dönə-dönə,
Bu yolda nə qədər çalışsan,yenə,
Sonunda düşəssən dumana-çənə.
Xeyirxah iş görək,xeyrə tələsək.
******
Mən bu şeirimlə,bütün insanları xeyirxah olmağa dəvət edirəm.Arzu edirəm ki,insanlar ömürlərini elə mənalı keçirsinlər ki,qayıdıb keçmiş günlərinə baxanda,təəssüf hissi keçirməsinlər.Əksinə,o günlərdən qürur və fəxr hissi duysunlar.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.