18 Mart 2025 13:20
102
HADİSƏ

50 nömrəli marşrutda işləyən sürücü qoçuluq edir

Bakıda əksər marşrutlarda qayda- qanun yaradılsa da, amma 50 nömrəli marşrutda işləyən  avtobuslarda dərəbəylik hökm sürür.Sürücülər avtobusu təmiz saxlamır, qarajdan çıxanda  texniki sazlıq yoxlanılmır, onlar həkim müayinəsindən keçirilmir.

Bununla yanaşı, bəzi sürücülər siqaret çəkir, mobil telefonla danışır, bu da diqqətin yayınmasına və qəzaların baş verməsinə münbit şərait yaradır.Belə sürücülər bu marşrutda kifayət qədərdir. Belə ki, martın 18- də  saat 12:15- də  bu marşrutda hərəkət edən 90- HS- 593 nömrəli avtobusa idarə edən sürücü sərnişinlərlə kobud rəftar edir, özünü normal aparmırdı. Sərnişinlər onu iradın bildirəndə o, əsəbləşir və özündən çıxırdı.

Bir yaşlı qadın onu dedi ki, oğul , maşını yavaş sür, mümkünsə , qəbiristanlıqda saxla düşüm. Sürücü isə heç nəyə əhəmiyyətli vermir, kobud hərəkətlərini davam etdirirdi. Hətta həmin avtobusun sürücüsü  masını saxlayıb sərnişinin üstünə hücum çəkdi. Yaşlı insan isə diləndi ki, nədir, düz söz dediyimə görə, məni döyəcəksən, , üstümə gəlirsən?! Sürücü özünü qoçu kimi aparır , hələ atası yaşda olan kişini vurmaq istəyirdi. Sərnişinlərin iradından sonra özünü bir qədər  yığışdırdı!

Biz üzümüzü marşrutun sahibinə və Yerüstü Nəqliyyat Agentliyinə tutub deyirik:" Belə kobud, mədəniyyətsiz  və qoçuluq edən sürücülərdən sərnişinlərin canını xilas edin! Əks- təqdirdə  xoşagəlməz  hadisələr baş verə bilər."

Emil Faiqoğlu