Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək

“Səhiyyə Nazirliyi iki ildən artıqdır ki, bu layihələri hazırlayıb və aidiyyəti qurumlarla razılaşdırıb. Həqiqətən tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə əvvəllər 5 ildən bir dövri olaraq imtahan cəlb olunurdularsa, indi yeni – davamlı peşəkar inkişaf şəklində yanaşma təklif olunur”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
“Tibb mütəxəssiləri, həm həkimlər, həm orta tibb işçiləri, həm də əczaçılara şamil olunur. Bu da ona imkan verəcək ki, onlar öz bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Sertifkasiya imtahanın qaydalarında da, test suallarının özündə də dəyişiklik olunacaq. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəbə ayrılması baxımından da təkmilləşmə olacaq. Kreditlərlə bağlı tədris və elmi tədbirlərin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiya qaydasını və davamlı peşəkar inkişaf tədbirlərinin kredit ekivalentlərinin təsdiqlənməsi üçün tələblər də Səhiyyə Nazirliyi tərəfindən hazırlanaraq təsdiq olunacaq. Tibb işçilərinin kredit ekvivalenti çox fərqli olacaq. Məsələn, elmi fəaliyyətlə bağlı kredit ekvivalenti daha yüksəkdir. Özəl və dövlət sektorunda fərqlənmə olmayacaq, bütün tibb mütəxəssislərinə şamil olunacaq”, - deyə Səhiyyə Nazirliyinin rəsmisi bildirib.
Digər Xəbərlər

Sağlam səhər yeməyi üç növ qidadan ibarət olmalıdır
jpg-1741080993jpg-1745833134.jpg)
"EGE Hospital"ın sayəsində Möylə bəy də haqqa qovuşdu

Toyuq yeməkləri xərçəng riskini artıra bilər

250 kredit balı yığan həkimlər sertifikasiya imtahanından azad ediləcəklər

Stomatologiya sahəsində monitorinqlər aparılacaq

"Həkimlərin sertifikasiyası ilə bağlı ciddi pozuntular ortaya çıxır" - Komitə sədri

MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişdi
