Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə vurğulayıb ki, Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər: “Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib”, - sənəddə deyilir.
Rubio həmçinin beynəlxalq terrorizm üçün baza və ya İranın sabitliyi pozan hərəkətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.
Digər Xəbərlər

Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb - YENİLƏNİB

İsrail əsgərləri Qəzzada döyüşlərə qayıtmaq istəmir

Ən yaxşı məsləhətçim həyat yoldaşımdır- Zelenski

Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır

Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər tapıldı

Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir
