Şərəfsizin tərəfini tutanda isə şərəf olmur - İlqar Rəsul yazır

İLQAR RƏSUL
6068 | 2021-11-23 11:24

Azərbayca indi yalnız düşmənlə deyil beynəlxalq riyakarlıqla da savaşır....

Ermənilər torpaqlarımızı işğal edib, millətimizi qıranda, qaçqın edəndə dünya görmədi.

Heydər Əliyev qoltuğunda xəritə dünyanı gəzib Dağlıq Qarabağın harada olduğunu, əlavə 7 rayonun yerini izah edəndə dünya heç nə anlamadı.

İlham Əliyev erməninin başını əzib torpaqları azad etməyə başlayanda qəfildən dünyanın gözü də açıldı, anlayışı da yerinə qayıtdı.

Bizə görəmi? Yox əlbəttə. Erməniyə görə.

30 il səsimizi eşitməyən dünyanın tanınmış media mənsubları Azərbaycanın Prezident İqamətgahının qapısının arxasında sıraya düzüldü. Ermənini müdafiə etmək üçün bir - bir qəbula düşürdülər. Əksəriyyəti də erməni qardaşlığını jurnalistika qaydalarından üstün tutaraq, sözlə üzlərinə tüpürdüb çıxdılar içəridən.

Müharibə gedəndə əleyhimizə bəyanatlar verən, təzyiq göstərməyə çalışanlar indi zavallıcasına münasibətləri normallaşdırmağa çalışırlar.

Niyə? Çünki çoxdandı bütün dünyanı beləcə, sözlə, bəyanatla barmaqlarına dolamağa vərdiş etmişlər birdən anlayıblar ki, "tərəfini tutduğun dövlətdən ötrü döyüşmək şərəf məsələsidi. Şərəfsizin tərəfini tutanda isə şərəf olmur. Və bunu Azərbaycan bilir deyə, geri addım atmayacaq".

Bizi bu gün düşmən qanını içməyə məhz həmin bu şərəfsiz beynəlxaq aləm vadar etdi. Bunu özləri də yaxşı bilirlər. Həm də onu bilirlər ki, day bundan sonra nə bizi yalançı vədlərlə dolaya, nə də bəyanatlarla qorxuda bilərlər.

Beynəlxalq mərkəzlər onu da yaxşı bilirlər ki, indi kiminsə şikayəti əsasında Azərbaycanı beynəlxalq hüquq müstəvisində də ciddi çək-çevirə salmaq olmaz. Nədən ki, prosesdə müdafiə tərəfin haqlı olduğunu təsdiqləyən faktlar iddiaçınınkından qat-qat çox olacaq.

Bunu məsələyə obyektiv yanaşan azərbaycanlı da, erməni də yaxşı bilir.

Digər tərəfdən, BMT qətnamələrini tualet kağızı səviyyəsinə düşürən bir münaqişədə hansısa məhkəmə qərarının ciddi sənəd kimi özünü doğruldacağı tam da inandırıcı deyil. Hətta inandırıcı olsaydı belə, ərsəyə gəlməsi mümkün deyil. Çünki ermənilər müharibənin tam bitməsinə imkan vermirlər hələ ki.

Belə bir dolaşıq durumda hansısa foto, video çəkilişlərin Azərbaycana qarşı ciddi fakt kimi qəbul olunması da ağlabatan deyil.

AMMA HƏTTA QƏBUL OLUNACAQSA BELƏ:

Düşmənin yuxusuna haram qatmaq, canında xof yaratmaq, qəlbindən xislətini, şüurundan niyyətini, əlindən silahını almaq naminə Beynəlxalq Məhkəmələrə 5-10 manat vermək də olar.

Amma yenə deyirəm, yaxın gələcəkdə belə bir şey olası deyil. Çünki o məhkəmələr əvvəl Azərbaycanın və azərbaycanlıların şikayətlərinə baxmalıdı...

TƏQVİM / ARXİV