Y E T K İ N  K - VAQİF  YUSİFLİ yazır

VAQİF YUSİFLİ
1101 | 2024-11-01 16:53

 Hər bir şairin  həyatı və  yaradıcılığında bir yetkinlik dövrü olur. Mən altmış yaşını təzəcə adlayıb yeddinci onilliyin ilk ilini yaşayan Faiq Balabəylinin artıq belə bir ömür və yaradıcılıq zirvəsinə yüksəldiyini görürəm. On beş yaşında ikən ilk şeirini Cəlilabad rayon qəzeti «Taxılçı»da dərc etdirən Faiq Balabəyli heç düşünməmişdi ki, vaxt gələcək, o da Azərbaycan poeziya məkanında özünəməxsus bir yerin əbədi sakini olacaq və o məkanda öz şair adını hifz edəcək.

 Faiq Balabəylinin altmış yaşı tamam olanda başda Xalq şairi Sabir Rüstəmxanlı olmaqla onun yaradıcılığı haqqında məqalələr dərc olundu. Faiq Balabəyli özü bir insan  kimi çox səmimidir və onun haqqında yazılan məqalələrdə də səmimimiyyətdən kənar heç nə yox idi.

  Şair olan kəs həyatı boyu axtarışlara, özünü təsdiq etmək üçün yeniliklərə, təzə söz demək iddiasına meyl edir və Faiq Balabəyldi də belə yolun yolçusudur. Yetkinlik o zaman baş verir ki, şairi oxucular da bəyənir, ədəbi ictimaiyyət də həmçinin.

   Fain Balabəylinin bu il işıq üzü görmüş  «Bir ovuc keədər» şeirlər kitabını bu mənada onun yaradıcılığında yetkinlik mərhələsini təsdiq edən bir poetik sənəd kimi qəbul etmək olar.

 Mən Faiq Balabəylini niyə öz kitabının adını «Bir ovuc kədər»  qoyub deyə heç cür qınaya bilmərəm, lavp «Bir ovuc sevinc», lap «Bir dərya kədər» qoysaydı da, yenə nəsə deyə bilməzdim. Kitabdakı bütün şeirlər Faiq Balabəylinin həyata, gözəlliklərə, yaşadığı mühitə, sevgiyə, bir zaman qoynunda yaşadığı, amma heç vaxt unutmadığı kəndinə,  o kəndin adamlarına,dənizdə işlədiyi illərin xatirələrinə, bir də öz daxili yaşantılarına həsr olunub. Amma məni onun müraciət etdiyi mövzular o qədər də maraqlandırmır, Şairin mövzularından yox, onun hər hansı mövzuda qələmə  aldığı şeirdə nəzərə çarpan  poetik fikrə diqqət verirəm.

  «Vətən» şeiri ilə başlayıram. Bu şeiri Faiq Balabəylinin Vətən haqqında yazdığı və bundan sonra da yazacağı şeirlər üçün bir yaxşı nümünə hesab edirəm. Şeir 25 il əvvəl yazılıb. Faiq bu şeirdə heç bir şablona, deyilmiş sözlərə, ifadələrə yol vermir. Onun Vətən sevgisi üzəvari sevgilərdən çox uzaqdır:

         Mən səni belə oxşadım-

         üzümü hər gün sürtdüyüm

         bu daş divarlar qədər,

         bu yaş divarlar qədər…

         Heç nəyi belə oxşamadım,

         elə əzitzləmədim.

 

         Heç yana boylanmadım.

         bu divardan o yana,

         heç boyum da çatmadı.

         Divarın o üzünə

         ürəyim də yatmadı…

 

         Mən sənsiz belə darıxdım-

         əllərimi otlarına sürtdüm,

         gözümü meşələrinə dikdim ,

         kürəyimi ağaclarına söykədim,

         ürəyimi Araza çevirdim-

         sənə gələn ağıları, ağrıları

         içimdən keçirdim.

2016-cı ildə isə Faiq Balabəyli «Vətənə ağı» şeirini yazıb. «Elə istəyirəm ki, Sənin üçün ölümə gedəm, Buna görə yaşamaq isçtəyirəm»-deyir. Şuşa işğaldan azad olunandan sonra yazılan şeir də elə bu Vətən şeirlərinin sırasındadır «Qayası, qalası, didərgin balası hirsindən, hikkəsindən ağlayan Şəhrim, axır ki, qayıtdıq, gözlərin aydın..!» Faiq artıq ənənəvi mövzuya çevrilən şəhidlik temasına da özünün deyimlərini qatır (şeir  şairin bir dostunun bacısıının dili ilə səslənir):

       Al qanıyla qara günə ağ çəkən

       Sinəm üstə çalın-çarpaz dağ çəkən

       Sənsiz mənəm nalə çəkən, ah çəkən

       Səsim tutub dağı, düzü, şəhidim

       Dağ ıvüqarlı, dağ qürurlu şəhidim.

Faiq Balabəyli Cəlilabadın Sabirabad kəndində dünyaya göz açıb. Mən o kəndi görmüşəm. Amma şair olsaydım, Faiq qədər o kəndi ürəyimin, ruhumun kəndinə çevirə bilməzdim. «Bir oğlan varıydı» şeirində o, əslində öz tərcümeyi-halının siftəsini qələmə alır: «Ağtası fağır bir kənd kişisiydi, anası dünyanın əzab çəkəni»- «Düşüb istəyininardvıyca getdi. O, kəndə-keəsəyə sığışammadı».. «kəndimizi düşündüm» şeiri isə Faiq Balabəylinin unuda bilmədiyi və onun bir ovuc yox, bir ömür kədərə çevrildiyi bir məkandır.  Eyni hissi təkcə Faiq yox, mən də keçirmişəm:

     O qarlı dağların, barlı bağların

     bağrı kabab olur, suyu quruyur…

     Tikanın, ələfin, otun, alağın,

     günü göy əskidir, göyü quruyur.

Kənd haqqında təriflər yağdırmır Faiq.  Kənd onun üçün xatirələr dünyasıdır. Kiçik, amma ürəyindəki böyük dünya. Hər gəlişində öz doğma kənində  gah doğma, gah qərib,  gah da qonaq kimi dolaşan şairsapnki uşaqlığını, ilk gəncliyini soraqlayır.  «Kənddə hər tərəf»  şeirində  yolu məzarlıqdan keçir. Görünnə düşünür:

     Yolum məzarlığın yanından keçir,

     hamının doğması, əzizi burda.

     Kəndin qarğaşası, çirkini çöldə

     Saf yeri, pak yeri, təmizi burda, 

     Necə də doğmadı kənddə hər tərəf.

 Amma «Elə bil bu kəndin yiyəsi yoxdu!» Çünki:

     Bu bahar ağaclar qısır qalacaq

     Yarpaq açmayacaq budaqlarında,

     Yuva qurmayacaq hacıleyləklər

     Solacaq çöllərdə otlar, çiçəklər

     Lalə bitməyəcək, gül açmayacaq,

     Çəmənlik boyunca körpə uşaqlar

     Kəpənək qovaraq ta qaçmayacaq-

     İndi kəndimizdə kəpənək yoxdu.

Əlbəttə, kəndlə bağlı bu tipli şeirlərdə pessimitst həval-ruhiyyə axtarmaq doğru olmazdı. Bunu ancaqinsanın psixoloji ovqatı ilə izah etmək olar. Hər bir insan üçün bu ovqat təbiidir, çünkisənin capvan ikən qoyub getdiyin, böyük şəhərdə özünü tapmaq istəyi var. Faiq də özünü tapdı o şəhərdə. Kəndə geri qayıtğmaq isə mümkün olmadı və o doğma yer istər-istəməz səni üşüdür, sən orda daha gül-çiçək axtarmırsan. Təbii ki, bu fikirlə razılaşmamaq da olar. Amma Faiq beldə düşünür, elə mən də belə düşünüurəm. Amma o kənddə heç cür unuda bilməliyim insanlar olub. Vaxtilə o kənd qədər sənə doğma olan Ana yaşayıb. Şair Adilə Nəzər Faiqin öz anasına həsr etdiyi  şeirlərdən təsirlənib, bir mənalə yazıb. Duyub onu.

   Göy də saxlayap bilmsir gözlərinin əksini

   göylərə baxıram ki, orda görüm tək səni.

   Qış vaxtı toxuduğun sarı bülbül tikməni

   çəkim qəbrimin üstə, ağlarsan əsim-əsim.

Məncə, Faiq Balabəydinin «analı» şeirləri heç də «anasız» şeirlər kimi qavranılmır, çünki o, anasının ölümünü yox, ölümsüzlüyünü rəsm edir.

    Ürəyimin içindəsən,

    Sənin daha döyünməyən

    ürəyinə qurban olum.

    Təndir üstə ətri gələn

    Çörəyinə qurban olum.

    Torpaq bu gün nə soyuqdur,

    anasızdır, - ona görə?

    anasının anası ol,

    ki, torpaq da ana görə

Mən Faiq Balabəylinin şair yaşıdlarının analara həsr etdiyi onlarla şeirlərini oxumuşam. Hər birinin ana sevgisini, xüsusilə anasızlıq kədərini elə öz kədərim kimi hiss etmişəm. Amma Faiq Balabəylinin şeirləri kimi mənə təsir edən olmayıb. Mən də anasızlıq duyğusunu onun şeirlərində özününküləşdimrdim.  İndi hiss etdim ki:

     Sən demə, mənim ən böyüuk

     sevgim sən imişsən,-

     niyə bilməmişəm?

     Bu kəndi

     sənə görə sevirmişəm.

Amma elə düşünülməsin ki, Faiq Balabəyli belə nostalji hisslərin əsiridir və o, kəndi ancaq uşaqlıq və ilk gənclik illərinin unudulmaz xatirələri kimi yaşadır, belə deyil. Təbii ki, o kənddə ana məzarı var, amma o kəndin özünün də obrazı var. «Lövhə» şeirində görürəm bu obrazın təbiət cizgilərini. Ya da «Kəndimizin qızları» şeiri.

   «Kəndimizə qayıtmağa hazıram» deyir Faiq, çünki kənd onun üçün yamyaşıl yarpağı kimi sola bilməz. Çünki «arada kəndimizimn üstündən uçan bulua oturmaq istəyirəm» və s.

 Faiq Balabəyli həm də sevgi şairidir. O, yaşadığı hissləri, duyğuları çəkinmədən dilə gətirir. Hiss edirsən ki, bu hisslər, duyğular təbiidir, bir insanın sevgt yaşantılarıdır.  Hərçənd ki, onun sevgi şeirlərində təkrar-təkrar səslənən  «qayıt gəl» yalvarışları, nalə, ah səslənmələri, «bu həsrət nə yaman oldu» kimi dözümsüzlük sənələri… heç d effekt doğurmur. Amma hər halda, əksər sevgit şeirləri yaşanılan hisslərdən doğub. Sevginin əbədiliyinə inam olsun- bu misralarda dey         ildiyi kimi:

     Sən elə bir mələk ki, yanaqların çiçək ki,

     Dodağım o çiçəyə qonan bir kəpənək ki,

     Xəyalım göylərində fırlanan çərpənəg ki,

     Fırlanır ki, fələkdə intiqamı qalmasın.

 

     Nə oldu, niyə belə baxışların lal oldu,

     Lalələrdən rəng aldı, yanaqların al old.

     Aramızda bəlkə də bir az qeylü-qal olu,

     Qoy  olsun, ürəklərdə təki kamı qalmasın.

 Çox arzulayıram ki, Faiq Balavbəyli öz sevgi şeirlərini yazanda bir az Füzulini düşünsün, o şeirlərdə bənzərsiz təşbihlər, metaforalar işlətsin.

 İənə onun yeni şeirlər kitabında ən çox xoşa gələn «Limanlar gözləyər, gəmilər gəlməz» rubrikasında topladığı şeirlər oldu. Bu şeirlər Faiq Balabəylinin poetik axtarışlarının, «ver sözə ehya ki» düşüncəsinin bəhrəsidir. Dənizdən çox şeirlər yazıblar, indi dəyazırlar, amma Faiqin dənizdən yazdıqları tamamilə yenidir, kimsənin şeirlərindən gələn qatmaqarışıq sözlər, ifadələr, təşbihlər, metaforalar tapa bilməzsiniz bu şeirlərdə…

   Bir aylı gecədə yatar dalğalar,

   Yox olar dənizdə, batar dalğalar.

   Mirvari dalğalar, qatar dalğalar

   Bir zaman üzünü tutar sahilə

   Mənim ürəyimi alar özündən

   Aparar, aparar atar sahilə.

Faiq dənizlə bağlı olan dalğalara,  qağayılarav,  limanlara,  gəmilərə, sahillərə elə poetik mənalar verir ki, sözün düzü, özünü Faiqin yerində hiss edirsən. Hiss edirsən ki,  qağayılar gecələr sənin də yuxuna girər, hiss edirsən ki, «dəniz bir gözəl üzüdü» və s.

  Mən Faiq Balabəyliyə bu şair ömrünün yetkinlik dönəmində yalnız bircə şey arzulaya bilərəm-necə təbiisinsə, eləcə də qal.İnsan kimi, şair kimi…

TƏQVİM / ARXİV