YAŞAYAN SƏRDAR ƏSƏD - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
2295 | 2024-09-10 10:28

1969-cu il iyunun 30-da  Bakıda bir şair vəfat etdi. Qeyri-adi istedada malik olan bu şair  həyatın adi qayğılarından, yaşayış əzabından, şeirlərinin ünvanına yağdıvrılan  müxtəlif «izm»lərdən usanmışdımı? «Populyarlıq» azarına tutulmayan,şöhrətə aludə olmayan , özünü sevdirməyə çalışmayan  bu şair Əli Kərim idi.

 Tabutuma  bir az kağız qoyun,
  bir dənə də qələm.
 Hayıf bu yaşda heç nə
  heç nə deməmişəm.

Amma o az ömründə Əli Kərim poeziyada öz şair varlığını təsdiq etdi.  Çox söz dedi.Hərçənd ki, sağlığında o, layiqincə öz həqiqi qiymətini ala bilmədi. Yalnız ölümündən sonra Əli Kərim haqqında, onun poeziyamızda yenilikçi-novator bir şairliyi barədə məqalələr yazıldı və indi də yazılmaqdadır.

Altı il sonra, 1975-ci ilin iyunun 30-da  Bakıda bir şair də vəfat etdi. «Vəfat etdi» cümləsini  nekroloqda yazmışdılar, əslində o, intihar etmişdi  o şair-Sərdar Əsəd. Onlar Əli Kərim və Sərdar Əsəd dost idilər. Bu dostlduq onların şeirlərində də davam edirdi. Yəni mahiyyətcə Sərdar Əsədin yazdğı şeirlər  Əli Kərimin yazdığı şeirlərin müttəfiqi idi. Sərdar Əsəd də Əli Kərim kimi  eynilikdənq, yeksənəklikdən yorulmuşdu və hər şeirini ənənəfi hala keçən standart, şablon üsulda yazılan şeirlərin üzünə  çırpmaq üçün yazırdı.

Sərdar Əsəd də sağlığında qiymətini, dəyərini almadı. O da ölümündən çox sonra yada düşdü. Məlum oldu ki, Sərdar Əsəd Azərbaycan poeziyasında bənzərsiz bir şairdir – onun şeirlərində yalnız öz şair fərdiyyəti duyulur, hər bir şeiri fikirlə hissin vəhdətini əks etdirir. Beləcə Sərdar Əsəd etiraf olundu.Və burada üç müəllifin daha çox rolu oldu, professor Qəzənəfər Kazımovun, şair-publisist, «Kredo» qəzetinin baş redaktoru Əlirza Xələfli, bir də bu sətirlərin müəllifi.

Keçən il məhz Qəzənfər müəllimin və Əlirza Xələflinin müəllifliyi ilə «Yaşayan Sərdar Əsəd» kitabı oxuculara təqdim olundu. Bu kitaba  Sərdar Əsəd haqqında ədəbi-publisistik qeydlər, xatirlər, təəssüratlar və digər mətnlər daxil edilmişdir. Qırxa yaxın müxtəlif səpgili yazıda əsasən üç xətt diqqəti cəlb edir. Birinci xətt şairin keçdiyi ömür yolu, ikinci xətti-onun şəxsiyyəti, üçüncü xətt isə S.Əsədin yaradıcılığı. Təbii ki, bu xətlərin hamısı bir-birilə əlaqəlidir  Şairin oğlu Yaşar Əsədovun «yaşam yolu» yazısı  oxucular üçün daha maraqlıdır, çünki onun həyat yolu hamar və düzxətli olmamışdır, bir çox çətinliklərdən, sarsıntılardanvkeçmişdir.  Şairin aitası Heydər kişi və onun həyat yoldaşı otuzuncu illərdə Sibirə sürgün edilmişdi, səbəb bu idi ki, Heydər kişi kollektivləşə siyasətini bəyənməmişdi, amma sonra yeni hökumət tərəfindən bağışlanılır. Sərdar Əsəd orta məktəbdə oxuyur, müharibənin ağır illərini görür. Orta məktəbi bitirdikdən sonra, Ağdam ikiillik Müəllimlər İnstitutunda təhsil alır, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsinə daxil olur. Elə tələbəlik dövründə  respublika mətbuatında şeirlərini dərc etdirir. 1957-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunur. Elə həmin ilin mart ayında «Ədəbiyyat və incəsənət» qəzetində işə götürülür. Amma hansı səbəbdənsə az keçməmiş işdən çıxarılır və bir müddət işsiz qalır. Çətinliklə AEA-nın «Elm» nəşriyyatında əvvəl korrektor, sonra redaktor vəzifələrində çalışır. O, 1962-ci ildə ADPİ-nin aspiranturasına daxil olurnamizədlik dissertasiyası üzərində işləməyə başlayır. Amma buna nail ola bilmir, çünki yenə işsizsik, yenə çətin anlar… «Sərdar Əsəd 70-ci illəri həqiqətən də sanki artıq bu həyatda  deyilmiş kimi, yuxudaymış kimi yaşadı. Yox, işləyirdi-rayonlara yaradıcılıq səfərləri edirdi, mətbuatda dərc olunurdu, yazırdı, əsərlər yaradırdı, kitabları da çıxmışdı, iki ilə yaxın hətta «Azərbaycan gəncləri» qəzeti ilə şatatdankənar əsəkdaşlıq da etmişdi. Lakin bu artıq  «fırtınalara qarşı üzən»  Sərdar deyildi». Zəmapnə dəyişmişdi amma Sərdar Əsəd dəyişmədi. Ölümündən 4 il əvvəl o, bir «vəsiyyətnamə» yazır: «Arxivim və əlyazmalarım – mən olmadıqda Məmməd İbrahim (Araz), Ələkbər Salahzadə, İsa İsmayılzadənin  diqqətli qayğısı ilə  açıla bilər». 1975-ci ilin iyunun 30-da isə öncə qeyd etdiyim kimi, Sərdar Əsəd intihar edir.

Əlbəttə, belə bir ömür yolunu-cəmi 46 illik həyatı rəsmi şəkildə, yalnız illərlə, aylarla nəzərə çarpdırmaq istəməzdik. O intiharın səbəbləri də çoxları üçün anlaşılmaz görünə bilər. Amma bu illərlə çətinliklər, sarsıntılar isində yaşayan bir insanın daxilində yaranan hisslərin fırtınaları idi. Amma maraqlıdır ki, onun şeirlərində ölüm qorxusunu görmədik. 

Sərdar Əsəd onu xatırlayan bir çox insanların (Q.Kazımovun, İ.Tapdığın, Ə.Xələflinin) fikrincə, əqidəli bir şəxs idi, heç kimə boyun əyməyən, yeri gəldikcə haqsızlığa üsyan edən bir insan idi. Şəxsiyyət idi.  Onun əsas işi, vəzifəsi şeiriyyət  idi. Təbii ki, şairin şəxsiyyəti onun poeziyasında da əks olunur.
 Burada iki müəllifin – Xalq şairi Məmməd Arazın və professor Qəzənfər Kazımovun fiuirlərinə itsinad edək. 

 «O deyərdi: «Mən balaca bir qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda  elə bilirəm ki, onun düzgün şırım açmadığını  kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir. Qələmin də vəhmi var. O, canlıdır, o, xış kimi, kotan kimidir. Naşı əl torpağa xəyanət eləyir. Onun açdığı şumu malalamaq, toxum səpmək olmaz, olsa da cücərtir  alınmayacaq. İlahi, gör hələ Füzuli olan şəxs  nə sarsıntı keçirib…. Onun yazılarını vərəqlədikcə çox aydın şəkildəı gözə çarpır ki, el ədəbiyyatı yaradıcılığının  ən güclü bir qanadı oluğ Şairi əhatə eləyən canlı həyüat, ətraf mühit, müasir zamanın nəfəsi isə digər qanadı idi» (Məmməd Araz).

«Sərdarın mövzular aləmi isə çox genişdir. Həyatın yeniliklərini  məhəbbətlə qələmə alırdıö Sevgi də, gəncliyin istək və arzuları da yaradıcılığında  geniş yer tuturdu. Şeir texnikasına yakxşı bələd idi. Üslubu orijinal idi. Heç kəst təqlid etmir, heç kəsin yolu ilə getmirdi. Həqiqi xalq adamı idi. Zəhmət adamlarını poeziyaya gətirirdi» (Qəzənfər Kazımov). 

Kitabda S.Əsəd poreziyasının özünəməxsusluğundan söz açan belə misallar çoxdur. Xüsusilə onun yaradıcılığına böyük məhəbbətlə yanaşan Çlirza Xələflinin yazılarında.Ona görə də təfərrüata varmayıb Sərdarın şeirlərindən bəzi nümunələrlə sözümüzü bitirək:
      Ana ağrısının sözü olaydım,
      Titrəyib yanaydım tellərin üstə.
      O yorğun ayağın izi olaydım-
      Yataydım getdiyin yolların üstə   
                   ***
      Bağladı günəşi dağın qarına,
      Yaydı yalmanını atdı şəlalə.
      Dözməyib düzlərin intizarına
      Zirvədən özünü atdı şəlalə.
      Dərələr söykənib o qayalara
      Asılıb şəlalə sarmaşığından.
                 ***
     Fəsilləri qayğısında yaşapdar
    İntizarı duman-duman dağlarım.
    Doğma olar bahara da, qışa da,
    Fikir-fikir, güman-güman dağlarım.
    Güneyinə bənövşə baş qaldırar,
    Çalmasına gül bağlamış dağlarım.
    Qüzeyində kölgə yatar, qar durar-
    Bir üzü yaz, bir üzü qış dağlarım.
                   ***
    Gedəıni gəlməz olur
    Hey fikir daşıyanlar.
    Dünyada ölməz olur
    Əzabla yaşayanlar.

 

TƏQVİM / ARXİV