Lotu Qulinin yaxın adamı “oğru aləmi”ndən uzaqlaşdırıldı

2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxın adamı hesabı edilən Nihad Qulinin oğru aləmindən uzaqlaşdırıldığı barədə məlumat yayılıb.
Adalet.az qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatda "qanuni oğur"lar Ülfət Tağıyev (Rufo Gəncinski), Badri Koquaşvili (Badri Kutaisi) və Raciddin Mihrəliyev (Racik) Nihad Quli barədə "proqon" yayıb. Onlar Nihad Qulinin "vurulduğunu" bəyan edib. Adıçəkilən "qanuni oğru"lar Nihad Qulinin əvvəllər Bakıda polis rəislərindən birinin cangüdəni olduğunu əsas gətirərək onu kriminal mühitdən uzaqlaşdırıb.
Rufi Gəncinskinin yaxın ətrafına daxil olan şəxslər faktı təsdiqləyib. Onlar bildiriblər ki, Nihad Qulinin vurulması fevralın 25-nə təsadüf edib.
Digər Xəbərlər
01 Noyabr 2025 17:00 Naxçıvan polisi əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı
01 Noyabr 2025 10:47 "TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
01 Noyabr 2025 10:04 Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə döydü
31 Oktyabr 2025 12:27 

Bakı -°C 










