1-ci sinfə qəbul prosesi ilə bağlı valideynlərə çağırış
Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır:
"Bu günə qədər ümumilikdə 122 min uşaq I sinfə qəbul edilib. 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir".
"Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50


Bakı -°C

