1 gündə partladılan 2 avtobus, 13 ölü, 76... - 32 illik cinayət

Ermənistan Azərbaycan ərazisinin 20 faizini 30 il işğal altında saxladığı üçün işğalçı, bu böyük zaman kəsiyində dinc insanlara qarşı törətdiyi terror hərəkətlərinə, kütləvi ölüm hallarına görə terrorçu dövlət kimi tanınır. Daha dəqiq, bunu Ermənistana irad tutmasalar belə bütün dünya gerçəkləri bilir.
Bu gün həmin erməni terrorlarından birinin 32-ci il dönümüdür.
Adalet.az xəbər verir ki, münaqişənin artıq müharibə fazasına keçdiyi 1991-ci il silahlanmış erməni terror dəstələri Azərbaycanlı əhaliyə divan tutmaq üçün bütün iyrənc əməllərə əl atırdılar. Elə həmin ilin 8 sentyabrında "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirildi, 34 nəfər müxtəlif dərəcəli xəsarət aldı. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilsə də onlar bu günə qədər cəzasız qaldı.
Hətta həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus da erməni quldurları tərəfindən atəşə tutuldu. Bu avtobusda isə 8 azərbaycanlı həlak oldu, 42 nəfər müxtəlif dərəcədə xəsarət aldı.
Qeyd edək ki,Azərbaycanda ilk avtobus terroru hələ ermənilərlə "dostluq və qardaçlı" havasında olduğumuz dönəmdə başlamışdı. 106 saylı avtobusun partladılması 17 iyun 1984-cü ildə Bakı şəhərində erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması əslində azərbaycanlıların gələcəkdə başlarına gələcək faciələr haqqında bir siqnal, bir mesaj idi.
Bundan sonra - daha doğrusu, Qarabağda münaqişə alovlandıqdan sonra avtobus terrorları ilə daha tez-tez rastlaşdıq. Ümumiyyətlə 8 sentyabr 1991-ci il terroruna qədər xeyli avtobus terroru baş vermişdi və o terrorların qanlı nəticələri xalqımızı dərindən sarsıtmışdı.
16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfatı olmuşdur.
11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.
10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. cinayətin təşkilatçıları A. Avanesyan və M. Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
09 yanvar 1991-ci il. "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A. Mkrtçyan, Q. Petrosyan, A. Manqasaryan və Q. Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır. Və nəhayət 8 sentyabrda 2 avtobus terrora məruz qaldı.. Avtobus terrorları bununla yekunlaşmadı. Davamı haqqında başqa bir yazımızda bu haqda danışacağıq.
Əntiqə Rəşid
Digər Xəbərlər

Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana TƏXLİYƏ EDİLDİ

Bu avtobusların hərəkət sxemi dəyişdirilir

İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT sənədi kimi yayılıb

İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

Prezident DTX-nin saxladığı icra başçısını işdən çıxardı

Azərbaycanda dövlət qulluqçularının sayı açıqlandı

Süni torpaq sahələrində kazino oyunlarının təşkilinin hüquqi əsasları müəyyənləşir
