100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qillfoyl haqqında səsləndirilən qalmaqallı iddialardan sonra vəzifəsindən istefa verdiyini elan edib.
Adalet.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Keti Zakariya jurnalistlərə açıqlamasında administrasiyanın səfirdən rəsmən istefa tələb etdiyini açıqlayıb.
“Biz səfir Qillfoyldan istefasını istədik. O, komandamız üçün böyük dəyər idi və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, - o bildirib.
İstefa qərarı “Wall Street Journal”da səfirin fəaliyyəti ilə bağlı dərc olunan qalmaqallı xəbərlərdən sonra gəlib. Məqalədə Qillfoylun yunan rəsmilərdən birini təhdid etdiyi, etik qaydalara zidd hədiyyələr qəbul etdiyi və 100 min dollarlıq kredit kartı borcunu ödəmək müqabilində Ağ Evdəki nüfuzundan istifadə etməyi təklif etdiyi iddia olunurdu.
Eyni zamanda, amerikalı iş adamı Erik Deters səfirlə bağlı bir sıra ittihamlar irəli sürüb. ABŞ Prezidenti Donald Tramp da məsələdən narazılığını bildirərək səfirin vəzifədən azad edilməsi variantının masada olduğunu qeyd etmişdi.
Sosial media hesabında açıqlama yayımlayan Qillfoyl ittihamları tamamilə rədd edərək dürüstlüyünü müdafiə edəcəyini bildirib: “Səfirlik müddətim başa çata bilər, lakin Prezident Trampa və ölkəmə olan sədaqətim dəyişməz qalacaq. Mənə qarşı irəli sürülən iddialar tamamilə əsassızdır. Onilliklər boyu davam edən şərəfli dövlət qulluğumu bu cür böhtanlarla ləkələməyə icazə verməyəcəyəm”.
Digər Xəbərlər
06 Noyabr 2026 17:14
Dini təriqət liderinə 200 il həbs cəzası verildi
06 Noyabr 2026 15:31
Kiyevdə elektrik sutkada 16 saat kəsilir
06 Noyabr 2026 10:41
Trampdan Demokratlara mesaj
06 Noyabr 2026 10:33
Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
06 Noyabr 2026 09:53
"Ermənistan KTMT-də səsvermə hüququnu itirə bilər" - Pankin
06 Noyabr 2026 09:27
İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
05 Noyabr 2026 23:46
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
05 Noyabr 2026 23:25


Bakı -°C

